Xəbər lenti
Sən demə, ac qalmaq xərçəngin QARŞISINI ALIRMIŞ
Gün ərzində 14-16 saat ac qalmaq ilk növbədə xərçəng xəstəliyinə tutulma riskini azaldır. Ancaq aclığın faydasını görmək üçün qeyd edilən saatda yeməkdən uzaq durmaq mütləqdir.
Manevr.az xəbər verir ki, bu barədə Türkiyə mediasına Harvard Universiteti Tibb fakültəsinin müəllimi, “dünyanı dəyişdirəcək 37 alimdən biri” kimi tanınan həkim Ömər Yılmaz açıqlama verib.
O, heyvanlar, xüsusən də siçanlar üzərində aparılan araşdırma nəticəsində bu qənaətə gəldiklərini deyib: “Aparılan araşdırmalar aclıqla xərçəng arasında ciddi bir əlaqənin olduğunu sübut edir. Normal bir hüceyrənin xənçəngə çevrilməsini araşdırarkən burada qidanın da rolunun olduğunu müəyyən etdik. Düzdür, genetik faktorlar əsas səbəbdir. Həmçinin siqaret və köklük də siyahıda üst sıralardadır. 2020-ci ildə köklük nəzarət edə bilməyəcəyimiz xərçəng risk faktorları sırasında ən böyük səbəb olacaq. Dəqiq rəqəm deyə bilmirik, lakin hər 100 xəstədən 30-u köklük və qida, 20-i siqaret, 50-i isə genetik və bilinməyən səbəblərdən xərçəngə tutulacaq”.
Aclığın insan bədəninə müsbət təsirlərinin çox olduğunu deyən həkim 1900-cü illərdən bu istiqamətdə aparılan araşdırmalara toxunub: “Ac olanda qanda şəkərin miqdarı düşür. Bədəndəki yağ sərf edilir. Xəstə ac qalanda şəkərli diabetin yaranması dayanır, bağırsaqdakı kök hüceyrələr daha tez yenilənir. Lakin bu faydanı görmək üçün gün ərzində 14-16 saatı yemək yeməmək lazımdır. Köklük isə əksinə diabet, damar tıxanıqlılığı və xərçəngə yol açır. Son 30 ilin araşdırmaları bu qənaətə gəlməyimizə səbəb olub. Xüsusən, bağırsaq, süd vəzi və qaraciyər xərçənginin yaranmasında köklün başlıca faktorlardandır”.publika.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar