Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Sekslə məşğul olmaq bədənə necə təsir edir? - Təsirləri

Tarix: 26-06-2017 15:01     Baxış: 33 186 A- / A+
Sekslə məşğul olmaq bədənə necə təsir edir?


Sekslə məşğul olmaq bütün yaşlarda bədənə faydalıdır.

Manevr.az “The İndependent" qəzetinə istinadən xəbər verir ki, xüsusilə ahıl yaşlarda müntəzəm seksual fəaliyyət beynin dərketmə qabiliyyətini artırır. Bildirilir ki, orta yaşdan yuxarı dövrlərdə cinsi fəaliyyət, təkcə seksual sağlamlıq üçün deyil, həm də beynin dərketmə qabiliyyəti üçün faydalıdır.

Oxford və Coventry universitetlərinin alimləri 50 və 83 yaşları arasında 28 kişi və 45 qadın olmaqla 73 könüllüdən cinsi həyatları barədə məlumat toplayıblar. Bunlardan 37-si sekslə həftədə bir dəfə, 26-sı ayda bir dəfə məşğul olduqlarını deyiblər. 10 nəfər sekslə ümumiyyətlə məşğul olmadığını bildirib. Bundan sonra iştirakçıların beyin funksiyaları tədqiq olunub.

Məlum olub ki, sekslə həftədə bir dəfə məşğul olanların zehni göstəriciləri ayda bir dəfə cinsi yaxınlıq edənlərdən 2 faiz, heç vaxt sekslə məşğul olmayanlardan isə 4 faiz yaxşı olub.

Alimlər seksual fəaliyyət və beyin gücü arasında bağlılığın olmasının səbəblərini tam bilmirlər, lakin ehtimal edirlər ki, seks beyin siqnallarını ötürən dopamin və oksitosin kimi neyrohormonların sekresiyası ilə bağlıdır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar