Xəbər lenti
Mobil telefonlar qadınlara xüsusilə ziyanlıdır

Rusiya alimləri araşdırmalar zamanı aşkar ediblər ki, mobil telefonlar hüceyrələrin quruluşunu dəyişir.
Manevr.azSağlamolun.az-a istinadən xəbər verir ki, eksperimentdə 100 insan iştirak edib. Alimlər sübut ediblər ki, elektromaqnit dalğalarının uzun müddət ərzində təsiri yanağın daxili səthində olan hüceyrələrin quruluşunu pozur. Belə ki, hüceyrələrin nüvələri dağılır və hüceyrələrin bölünməsi zamanı xromosom anomaliyaları əmələ gəlir. Bu yalnız telefonla daim təmasda olan yanaqda müşahidə olunub. Digər tərəfdə dəyişikliklər yox idi.
Hüceyrələrin vəziyyəti eksperimentin əvvəlində və 1 ay sonra qiymətləndirilirdi.
Alimlər aşkar edib ki, mobil telefonların mənfi təsiri xüsusilə qadınlarda və monqoloid irqinə aid olan insanlarda daha çox olub.
Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatı da mobil telefonları potensial konserogenlərə (xərçəng xəstəliyinin inkişafının riskini artıran amillər) aid edir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar