Xəbər lenti
Cinsi “əjdaha”: o, təkcə köməyə gəlmir, həm də öldürür...
Cinsi iqtidarsızlıq kişilərin qorxulu kabusudur. Bu problemi müəyyən yaş həddindən sonra bütün kişilər yaşayır. Onu aradan qaldırmaq üçün tarix boyu müxtəlif yollar düşünülüb. Bu istiqamətdə konkret addım isə ilk dəfə 1998-ci ildə Pfizer tərəfindən atılıb. O, kişilərdə iqtidarsızlıq problemini həll etmək üçün viaqra preparatını ixtira edib.
Azərbaycanda, adətən, kişilər bu tipli problemlərlə bağlı həkimə müraciət etməyə utanırlar. Bu cür yanaşma isə çox zaman ailələrin dağılmasına səbəb olur. Bunu nəzərə alaraq, Ailem.az mövzu ilə bağlı mütəxəssis rəyi öyrənib.
Penisin sərtləşməməsi və ya cinsi əlaqə üçün kafi müddətdə sərt qala bilməməsi (empotans) müəyyən səbəblərdən yarana bilər. Bu səbəblər psixoloji amillə bağlı olduğu qədər damar problemləri ilə də əlaqəli ola bilər.
Androloq-seksopatoloq Kamil Baxşıyevin sözlərinə görə, viaqra cinsi əlaqədən 1 saat əvvəl qəbul edilməlidir. Preparatın təsiri qəbul edildikdən 30 dəqiqə sonra başlayıb, 4 saat müddətində davam edir: “Ancaq hansı dərmanın seçilməsi və dozası həkim tərəfindən müəyyən edilməlidir. Doza təklifi 25 mg-dır. Bəzi xəstələrə bu doza 50 və ya 100 mg-a qədər yüksəldilir. Yəni ereksiya problemi olan şəxs özbaşına bu dozanı yüksəldə bilməz. Çünki viaqranın əks təsirləri də çoxdur”.
Mütəxəssis bildirir ki, viaqra istifadə edən şəxslərin arteriyalarında genişlənmə olduğu üçün baş ağrısı, baş gicəllənməsi kimi əlamətlər müşahidə edilə bilər. Dərman üzdə qızarma, burun axıntısı, burun tutulması, mədədə yanma, görmədə bulanma, işığa qarşı həssaslıq da müşahidə edilə bilər. Doza yüksəldikcə, əks təsirləri də artır. Ümumiyyətlə, dərmanı gündə bir dəfədən artıq istifadə etmək zərərlidir: “Qaraciyər, böyrək probleminiz varsa və yaşınız 65-dən çoxdursa, həkim sizə 25 mg-dan artıq doza məsləhət görməyəcək. Çünki bu, həyati təhlükə daşıyır. Viaqra təzyiqi saldığı üçün təzyiq problemi olanlar ondan istifadə etməməlidir. Viaqra istifadə etməzdən öncə mütləq həkim müayinəsindən keçməlisiniz. İqtidarsızlığın səbəbi müəyyən edildikdən sonra xəstəyə viaqra yazıla bilər. Leykemiya, anemiya və s. bu kimi qan xəstəlikləri olanlar, infarkt keçirənlər, iflic, beyin qansızması keçirənlərə viaqra istifadə etmək olmaz”.
Bəzən kişilər ereksiya problemi yaşamasalar da, “daha yaxşı” olmaq üçün viaqra istifadə edirlər. Həkim deyir ki, viaqraya ehtiyac olmadığı təqdirdə istifadə olunarsa, uzun müddətli ereksiya problemi yaşana bilər: “Məsələn, bir kişidə ereksiya problemi yoxdursa, normal cinsi həyatı varsa, o, ereksiya müddətini guya artırmaq üçün istifadə edərsə, bu zaman 7-10 saat ereksiya yaşana bilər ki, bu da insanın normal həyatına zərər vura bilər. Bundan başqa viaqra psixoloji asılılıq yarada bilir”.
K.Baxşıyevin sözlərinə görə, dünyada ən çox saxtası istehsal edilən ilk dərman viaqradır. Buna görə də viaqra alarkən daha diqqətli olmaq lazımdır.
Həkim bildirir ki, əgər ereksiya probleminin arxasında hər hansı bioloji və fizioloji problem yoxdursa, təbii yollarla da bu problemi aradan qaldırmaq olar. Yəni viaqra əvəzinə təbii qidalarla cinsi istəyi artırmaq mümkündür. Belə ki, cəfəri, nanə, darçın, kəklikotu, vanil, xardal, kərəvəz, günəbaxan, qreypfrut, çörəkotu, yumurta, badam, qoz, püstə və fıstıq, xiyar, soğan, pomidor, bal, qarpız, kivi kişilərdə cinsi həvəsi artırır və ereksiya problemini aradan qaldırır.
Qadınlar isə cinsi həvəsi artırmaq üçün qatıq, darçın, çiyələk, şokolad, alma, üzüm, gilas, xurma, sarımsaq və zəncəfildən daha çox istifadə etməlidir: “Seks ailəni, sevgi münasibətlərini tənzimləyən faktor olduğu üçün hər bir fərd öz sağlamlığının qayğısına qalmalıdır. Seks - yemək, nəfəs almaq kimi tələbdir. Normal intim həyat yaşayan cütlüklər, ailələr davamlı olur və belə münasibətlərdə olan problemlər yataqda öz həllini tapır. Ailədə və ya sevgi münasibətlərində normal seks yaşaya bilməyən cütlüklər bunu bəhanə etməsələr də, məhz cinsi doyumsuzluq yaşadıqları üçün ayrılırlar. Çünki intim münasibət əsəbləri sakitləşdirir və bu da tərəflərdə bir-birini başa düşmək, anlamaq kimi problemləri aradan qaldırır”.
Mütəxəssislər müəyyən edib ki, həftədə 2-3 dəfə normal seks yaşayan kişi və qadınlar iş və ailə həyatlarında daha uğurlu olur.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar