Xəbər lenti
Siqaret çəkməyi necə tərqitmək: faydalı məsləhətlər
Cavab:
Çoxları üçün, bu məsələ praktiki olaraq qeyri-mümkün məsələyə çevrilmişdir. Bu zərərli vərdişdən həqiqətən yaxa qurtarmaq üçün, sizə 5 sirr barədə məlumat verəcəyik.
1. Düzgün qida seçin. Alimlər 200 çox çəkən insanların arasında sorğu apardılar, sorğunun məqsədi - siqaretin dadını xarab edən qidaları aşkar etməkdən ibarət idi. Onlardan 19% bildirdi ki, süd məhsullarını qəbul edən zamanı, tütünün dadı dözülməz olur. Təxminən 16%-zı əmindir ki, siqaret meyvə və tərəvəz ilə bir araya sığmır. Respondentlərin digər 14%-zı isə əmindir ki, siqaretin dadını şirələr və su korlayır.
Siqareti atan zamanı insanın iştahası çox artır, və bundan yaxa qurtarmaq üçün, həmişə yanınızda acı şokolad saxlayın. Şokoladın bir parçası nəyinki artan iştahanı kütləşdirəcək, hətta damarları zərərli xolesteroldan təmizləyəcək.
2. Yoga ilə məşqul olun. Nəfəs məşqələlər ağ ciyəri daha tez təmizləməyə kömək edəcək, çoxları üçün "meyit pozası" kimi tanınan, "asan" adlanan yoganın məşqələsi isə, gərginliyi aradan götürəcək və siqaret barədə düşünməkdən azad edəcək.
3. Qəhvədən və spirtli içkidən imtina et. Çalıçın ki, bunu siqareti atan günündən sonraki ilk günlərdə edəsiniz. Axı bu qidalar nikotinə olan meyli gücləndirir.
4. Çalıçın ki, ətrafınızda siqaret çəkən olmasın. Evdə qohumlardan, işdə isə kolleqalardan xahiş edin ki, sizin yanınızda siqaret çəkməsinlər. Mənzilinizdən siqareti xatırladan bütün şeyləri yığışdırın (külqabılar, alışqanlar və s.). İşdə isə fasilə zamanı özünüz üçün başqa bir istirahət seçin, misal üçün, alma yeyin, bir fincan yaşıl çay için, yaxud küçədə gəzin.
5. Siqareti tədricən atın:
vərdiş edin ki, siqareti axıra qədər çəkməyəsiniz, böyük bir hissəsini tullamağa çalıçın;
bir neçə dəfə hər növbəti siqaret fasiləsini təxirə salın, nahardan, işə gəlməkdən və evi tərk etməkdən əvvəl, və s.;
hər dəfə siqareti götürən zamanı, bir saniyə fikirləşin və özünüzə sual verin: "Niyə mən bunu edirəm?" və yalnız sonra siqareti çəkin;
gündə 1 siqaret azaldın (3 gün / həftə ərzində) və özünüzə söz verin ki, siqareti tam o zaman atacağsınız, haçan ki, sayı gündə bir siqaretə çatacaq.
Bu xırda bicliklər siqareti bir dəfəyə atmağa kömək etməsə də, hər halda sizə kömək edəcək. Həkimlər təsdiq edir ki, belə davranışın köməyi ilə tədricən "tənqidi motivasiyanın kütləsi" toplanır və bir gün siz siqaret çəkməkdən tam imtina edəcəksiniz!
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar