Xəbər lenti
Azərbaycanda bu xəstəliyə tutulanların sayı sürətlə artır
Bütün dünyada olduğu kimi, Azərbaycanda da qalxanabənzər vəzi xəstələrinin (zob) sayı getdikcə artır.
Manevr.az-ın məlumatına görə, Səhiyyə Nazirliyi Respublika Endokrinoloji Mərkəzin direktor müavini Babək Saleki 2017-ci ilin 1 yanvar tarixinə olan məlumata əsasən, bildirib ki, ölkə üzrə ümumi qalxanabənzər vəzi xəstəlikləri ilə dispanser qeydiyyatına 16 986 nəfər götürülüb. Onlardan 3251 nəfəri diffuz ur, 2730 nəfəri düyünlü ur, 5443 nəfəri tireotoksikoz, 3363 hipotireoz, 1060 nəfər tireoditlər, 53 nəfəri isə qalxanabənzər vəzinin yeni törəməsindən əziyyət çəkir.
B.Saleki qeyd edib ki, Azərbaycanda zobdan əziyyət çəkən xəstələrin sayı statistik rəqəmlərdən qat-qat artıqdır.
Radioloq Şəhla İlyasova Trend-ə deyib ki, 50 yaşdan yuxarı insanların təxminən yarısında ultrasəs müayinəsi zamanı düyünlü zoba rast gəlinə bilər.
Vəzin bütünlüklə və ya bir hissəsinin böyüməsi ilə xarakterizə edilən xəstəliklərə düyünlü zob deyildiyini açıqlayan radioloqun sözlərinə görə, düyünlər kişilərlə müqayisədə qadınlarda 4 dəfə daha çox ola bilər. Qalxanabənzər vəz düyünlərinin çox hissəsi xoş xassəli, yalnız 5-10%-i bədxassəli xərçəng ola bilər.
Ş.İlyasova qeyd edib ki, boyunun ön hissəsində kəpənək şəklində yerləşən qalxanabənzər vəzin ifraz etdiyi tiroid hormonu sinir sistemindən həzm sisteminə qədər demək olar ki, bütün sistem və orqanların işləməsinə öz təsirini göstərir: "Qalxanabənzər vəz bədənə ifraz etdiyi hormonlarla sanki onu batareya kimi enerji ilə təmin edir. Tiroid hormonları normadan çox ifraz olduqda buna hiperfunksiya, normadan az olduqda hipofunksiya deyilir. Hiperfunksiyalı pasientlərdə hərəkətliliyin, ürək döyüntüsünün çoxluğuna, yaxsı iştahanın olmasına baxmayaraq, onlarda çəkini azalması, əsəbilik, titrəmə, tərləmə kimi şikayətlər olur. Hipofunksiyalı pasientlərdə isə hərəkətlərdə yavaşlama, çəki artımı, bədəndə suyun saxlanması, dəridə quruluq, qəbzlik kimi şikayətlərə tez-tez rast gəlinir".
Ş.İlyasova deyib ki, düyünün bədxassəli olduğu adətən ultrasəs müayinəsi zamanı aşkar olunur. Bu müayinə düyünləri dəyərləndirmək üçün ən yaxşı metoddur: "O, sadəcə düyünləri göstərməklə kifayətlənməyib onların bədxassəli olması haqqında da fikir söyləməyə imkan verir. Düyünün bədxassəli şübhəsi olduqda ikinci əsas və ən güvənli müayinə metodu incə iynə biopsiyasıdır. Bu vasitə ilə düyündən alınan toxuma nümunələri histoloqlar tərəfindən araşdırılır. Histoloqun analizi düyünun bədxassəli və ya şübhəli olduğunu təsdiq edərsə, pasientlərə cərrahi müdaxilə təklif olunur".
Ş.İlyasova qeyd edib ki, dünya statistikası son onilliklərdə bu problemə daha diqqətlə yanaşmağı tələb edir.
Onun sözlərinə görə, texnologiyanın böyük sürətlə inkişafı, ekoloji vəziyyətin pisləşməsi, qeyri-sağlam həyat tərzi kimi amillər 1990-cı illərə nisbətən 2000-ci illərdə qalxanabənzər vəzin bədxassəli düyünlərinin xeyli artmasına təsir göstərib: "ABŞ-da çap olunan "Thyroid" jurnalının (www.thyroid.org) verdiyi statistik rəqəmlərə görə, 1990-cı illərdə xərçəng xəstəlikləri arasında 14-cü yerdə olan qalxanvari vəzi xərçəngi 2000-ci ildə 7-ci sıraya qədər irəliləyib. Hesablamaya görə, bu xəstəliyin qadınlarda illik artım səviyyəsi 4%, kişilərdə 2%-dir. Bununla da qalxanabənzər vəzi xərçəngi bütün növ xərçənglər arasında ən sürətli artım göstəricisi olan xərçəng xəstəliyi sayılır. Qadınlarda daha çox rast gəlinməsinə baxmayaraq, kişilərdə ölümə səbəb olan xərçəng xəstəlikləri arasında qalxanabənzər vəzi xərçəngi ən sürətli artım göstəricisi ilə önə çıxıb".
Ş.İlyasova bildirib ki, ildən-ilə artan xəstəliyin sürətli inkişafı dünya səhiyyəsində, xüsusilə Amerika və Avropa ölkələrində gündəmdə olan əsas problemlərdən sayılır. Amerika Xərçəng Cəmiyyətinin internet səhifəsində bu ölkədə qalxanabənzər vəz xərçənginə yeni yoluxan xəstələrin sayının 2017-ci ildə təxminən 56870 nəfər artacağı təxmin edilir. Onlardan 42470 nəfərinin qadın, 2010 nəfərinin kişi olacağı, xəstəlikdən 1090 qadının və 920 kişinin öləcəyi ehtimal edilir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar