Xəbər lenti
Məşhur həkim Bakıda xəstə qəbulu keçirir – Foto
Kolumbiyadan dəvət edilmiş Javeraniya Universitetinin inteqrativ təbabət kafedrasının professoru, seqmentar-metamer biopunktura üsulunun banisi, tibb elmləri doktoru Arturo О’Birne dünən Bioloji Təbabət Klinikasında seminar keçirib.
Manevr.az axar.az-a istinadən xəbər verir ki, seminarda tibb elmləri doktoru “Biotənzimləyici sistemli təbabət və qadın sağlamlığı” mövzusunda danışaraq öz təcrübələrini Bioloji Təbabət Klinikasının həkimləri ilə bölüşüb.
Professor Arturo О’Birne klinikanın həkimləri haqqında da fikir söyləyib. O, Bioloji Təbabət Klinikası həkimlərinin müntəzəm olaraq elmlə məşğul olduğunu və xəstəliklərin aradan qaldırılması üçün daim araşdırma apardıqlarını deyib. Tanınmış professor həkimlərin xəstələrə münasibətinin təqdirəlayiq olduğunu vurğulayıb.
Tədbirin sonunda Bioloji Təbabət Klinkasının professoru, tibb elmləri doktoru Fikriyyə İbrahimli Arturo О’Birneyə öz biliklərini və təcrübələrini klinikanın həkimləri ilə bölüşdüyü üçün təşəkkür edib.
Qeyd edək ki, Bioloji Təbabət Klinikasında professor Arturo O'Birne tərəfindən xəstə qəbulu və seminar iyunun 17-nə qədər davam edəcək. Seminarda biotənzimləyici təbabət və qadın sağlamlığı, leykoreya, bartolinit, kandidoz, kiçik çanaq orqanlarının iltihabı xəstəlikləri, menopauza haqqında danışılacaq.
Xəstə qəbulu iyunun 12-dən 17-nə qədər (saat 09:00-dan 13:00-dək) aşağıdakı xəstəliklər üzrə aparılır:
Mədə-bağırsaq traktı xəstəlikləri
Tənəffüs sistemi xəstəlikləri
Autoimmun xəstəliklər
Revmatoloji xəstəliklər
Sidik-cinsiyyət sistemi xəstəlikləri
Allergik xəstəliklər
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar