Xəbər lenti 
					
 
		Xroniki xəstəliklərin effektli müalicəsi

Müasir dövrdə insan sağlam həyat tərzinə riayət etsə belə, ətraf mühitin çirklənməsi səbəbindən intoksikasiya riski maksimum həddə çatıb. İqlim dəyişikliklərinə görə ucqar coğrafi bölgələrdə də toksinlə rastlaşmaq olur.
Manevr.az xəbər verir ki, toksinlərə hər yerdə rast gəlmək olur: havada, suda, torpaqda. Orqanizmə gündəlik daxil olan (hətta kiçik dozada) bu toksinlər bir müddətdən, bəlkə də onilliklərdən sonra orqanların disfunksiyasına səbəb olur.
Drenaj və Detoksikasiya nədir?
Drenaj - orqanizmdə artıq toplanmış və toplanmaqda olan toksinlərin mobilizasiyasının stimulyasiyası və daha sonra mübadilə prosesində neytrallaşdırılmaq üçün detoksikasiya orqanlarına daşınması deməkdir.
Detoksikasiya - insan orqanizmində daim gedən gündəlik proseslər arasında ən mühüm rola malik olan təbii proseslərdən biridir. Detoksikasiya müalicəsi (Detox-Kit vasitəsilə) orqanizmin təbii detoksikasion sisteminin fəaliyyətinə yardım göstərir.
Əgər orqanizmə daxil olmuş maddələrlə orqanların həyat fəaliyyəti arasında uyğunsuzluq olarsa (xarab, yararsız məhsullar, tərkibində zəhər olan maddələr, infeksiyalar, viruslar və s.), orqanizmin müdafiə qüvvələrinin təsiri nəticəsində bu və ya digər pozulmalar (ishal, qusma, ağrı, temperatura, dəri səpkiləri və s.) meydana çıxır.
Biotənzimləyici təbabətdə istifadə olunan detoksikasiya – orqanizmdən homotoksinin təbii yollarla xaric edilməsinin aktivləşdirilməsidir. Daha doğrusu, hepatobiliyar, həzm, limfa sisteminin, böyrək, sidik kisəsinin, dəri və tənəffüs yollarının fəaliyyətinin normallaşdırılmasıdır.
Detoksikasion terapiyanın əsas tətbiq mərkəzi limfatik sistemdir.
Bütün bunlarla yanaşı, drenajın standart metodları da vardır ki (qanburaxma, zəli), bu metod və prinsiplərin əsasında drenaj və detoksikasiya durur.
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər

.jpg)

 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















