Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Doğulacaq uşağın cinsi atadan asılıdır" - Ginekoloq rəyi

Tarix: 07-06-2017 17:31     Baxış: 5498 A- / A+
"Doğulacaq uşağın cinsi atadan asılıdır" -


”Doğulacaq uşağın cinsiyyəti atadan asılıdır”.

Bunu həkim ginekoloq Xəyalə Təhməzi deyib: “Qadınların xromosom dəsti – 46XX, kişilərin – 46XY-dır. Spermatozoid və yumurta hüceyrəsində 23 sayda xromosom olur. 22 qeyri-cinsi xromosom + 1 cinsi xromosom”.

Qadınlarda bütün yumurta hüceyrələrində yalnız bir X cinsi xromosomu (qadın orqanizmində digər cinsi xromosom mövcud deyil!) olur – 23X. Kişi spermatozoidi isə ya X, ya da Y cinsi xromosomlarına malik olur (23X və ya 23Y). Bu hüceyrələrin birləşməsi (mayalanma) nəticəsində yeni orqanizmin xromosom dəsti formalaşır. Bu dəst ya 46XX və ya 46XY şəklində ola bilər. Yumurta hüceyrəsi X-xromosomuna malik spermatozoid tərəfindən mayalanarsa, bu zaman qız uşağı (23X+23X=46XX), Y-xromosomuna malik spermatozoid tərəfindən mayalanarsa, oğlan uşağı (23X+23Y=46XY) doğulacaq.

Tibbi cəhətdən açıqlamadan məlum olur ki, kişilərin doğulmuş körpənin cinsinə aid qadınlara olan “narazılığının” heç bir əsası yoxdur.

Uşağın cinsiyyətini əvvəlcədən təyin etmək mümkündür?

Həkim deyib ki, hamilə qadınlar arasında bir çox testlər yayılıb, ancaq bunların heç bir əsası yoxdur. Uşağı cinsiyyəti hamiləliyin 12-ci həftəsində, 3 ayın tamamında məlum olur. Yalnız müasir texnologiya köməyi ilə süni mayalanma prosesində təyin etmək olar. Proses zamanı yumurta hüceyrələr mayalandırılır və mayalanmış yumurta hüceyrələrin içərisində hüceyrələrin cinsiyyət seçimini aparmaq mümkün olur. Başqa halda, cinsiyyəti yalnız 12-ci həftənin sonunda bilmək mümkündür.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar