Xəbər lenti
Oruclu adamların yayda ən çox ehtiyac duyduğu meyvələr
Ramazan ayı bir neçə ildir ki, meyvələrin bol olduğu isti mövsümə təsadüf edir. Bu səbəbdən də bədənin şirniyyat ehtiyacını meyvələrlə ödəmək mümkündür.
Sağlam qidalanma üzrə mütəxəssis Meltem Şeniz Toksoy Ramazan ayında oruc tutanların ən çox ehtiyac duyduğu meyvələrin siyahısını hazırlayıb.
Şirniyyat əvəzinə tut yeyin
Tut C vitamini anbarıdır. Siqaret çəkənlər üçün xüsusilə faydalıdır. Bol liflidir, bağırsağın dostudur. Ürəyi qoruyur və dərini cavanlaşır. Tərkibində şəkər bir qədər yüksək olduğu üçün diabet xəstələrinə məsləhət görülmür. Arıqlamaq istəyənlər də çox tut yeməməlidir.
Tutu südlə qaynadıb içinə darçın və kakao əlavə edərək ləziz və tez başa gələn kokteyl hazırlaya bilərsiniz. Daha sonra kokteyli soyuması üçün soyuducuya qoyun. İftardan sonra şirniyyat ehtiyacını ödəmək istəyirsinizsə, kalori faizi aşağı, antioksidant və qida dəyəri yüksək olan kokteyli həftənin 4-5 günü için.
Alça toxluq hissi verir
C vitamini anbarı olan alça toxluq hissi verir. Az şəkərli, lifli və sulu olduğu üçün uzun müddətli aclıq və susuzluq səbəbiylə yaranan qəbizlik problemini aradan qaldırmaq üçün yaxşı alternativdir. Xüsusilə diabet, ürək damar xəstəlikləri kimi xroniki problemlər yaşayan insanlar üçün xeyirlidir.
Həm özü, həm sapı sağlamlıq üçün faydalıdır
Alçanın sapı antioksidantla zəngindir. Xroniki xəstəlikləri olanlar gündə 10-12-dən çox olmayaraq rahatlıqla alça yeyə bilər. Sapını xüsusilə mədə pozğunluğu və ödəm kimi problemləri aradan qaldırmaq üçün istifadə edilir.
Ramazan süfrəsinin baş tacı xurma
Ramazan ayının əvəzolunmazı olan xurma maqnezium və lif mənbəyidir. Qanda şəkərin miqdarını normaya salır. Mədə ağrılarını yüngülləşdirir. A vitamini ehtiva etdiyi üçün stressi aradan qaldırır. Xüsusən klimaks dövründə olan və oynaq ağrılarından əziyyət çəkənlər üçün təbii müalicə üsulu ola bilər.
Qəbizliyin dərmanı: Ərik və şaftalı
Ərik və şaftalı beta karotendən ibarətdir. Yaşlanma əleyhinə olan betakaroten dərini gəncləşdirir. Bağırsaq və mədə sağlamlığı üçün xeyirlidir. Xüsusən ərik qəbizliyin qarşısını alan ən təsirli yay meyvəsidir. Mədə xəstəlikləri olanlara sahurda ərikli mixək çayı içməyi tövsiyə edilir. Ərik və şaftalı damarlarda yağ toplanmasının da qarşısını alır.
Stress azaldan çiyələk
Az kalorili, bol lifli çiyələk şirin ehtiyacını ödəyən ən yaxşı alternativdir. C vitamini anbarıdır. Çiyələk xoşbəxtlik hormonu kimi tanınan serotonin hormonunun istehsal olunmasını təmin edir, stressi azaldır. İftardan sonra ağır şirniyyatları çiyələkli südlə əvəz edə bilərsiniz. Çiyələyi süd və bir çay qaşığı balla qarışdıraraq yüngül kokteyl hazırlayın.
Qarpız güman edildiyi qədər zərərsiz deyil
Bol miqdarda su və C vitamini ilə zəngindir. Həzmi asanlaşdırır və bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Lakin miqdara diqqət etmək çox əhəmiyyətlidir.
İftardan dərhal sonra qarpız yemək şəkərin həddindən artıq yüksəlməsinə səbəb olur. Bu səbəbdən də qarpızı iftardan bir-iki saat sonra yeyin.gecce.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar