Xəbər lenti
Az yatanlar niyə çox yeyir?
Gecə az yatmağın insanın gündəlik həyatına, işlərinə təsir etməsi sübuta ehtiyacı olmayan gerçəklikdir. Bəs az yatanların çox yeməsi arasında bir əlaqə ola bilərmi?
Bu suala Lids Universitetinin professor Elanor Skotun araşdırması əsasında cavab verəcək.
Alim bunu üçün bir qrup könüllü seçib. Həmin şəxslərin fiziki aktivlikləri və qandakı şəkərini ölçmək üçün bədənlərinə cihaz yerləşdirilib.
Onların ki gecə normal və iki gecə 3 saat az yatdıqdan sonra cihazdakı göstəricilər təhlil edilib.
Az yatdıqları günlərdə qandakı şəkərin azaldığı müşahidə edilib. Alim deyir ki, bu zaman həmin insanlarda şirniyyat yemək istəyi artır. Səhər yeməyində belə özlərini o qədər ac hiss edirlər ki, stoldakı hər şeyi yemək istəyirlər.
Hətta tam sağlam insanlar belə qanında şəkər birdən-birə ikinci tip diabet səviyyəsində olub.
Nəticədə alim belə qənaətə gəlib ki, gecə 7 saatdan az yatan insanlarda artıq çəkyə və ikici tip diabetə rast gəlmə faizi yüksək olur. Çünki az yatmaq birbaşa hormonlara təsir edir. İnsanı daha ac hiss etdirir. Bu insanlar daha çox şirniyyat yemək istəyir. Yatmalı olduğunuz saatda yatmırsınızsa, bu zaman bədəndə stress hormonu da yüksəlir, bu növbəti günlərdə qandakı şəkərin miqdarına təsir edir.
Bunu öz üzərinizdə də təcrübə edə bilərsiniz gecə gec yatdığını günlərdə daha çox yemək istədiyinizi görəcəksiniz.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar