Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

7 xəstəliyə çarə olan "qızılı yağ"

Tarix: 23-05-2017 08:47     Baxış: 4607 A- / A+
7 xəstəliyə çarə olan "qızılı yağ"


Keçmişdə çaytıkanı "padşah giləmeyvəsi", ondan hazırlanmış yağı isə "qızılı yağ" adlandırırdılar.

Çaytikanı yağı qədim zamanlardan bəri yüksək qiymətləndirilir və müalicəvi vasitə kimi geniş istifadə olunur.

Müasir dövrdə də çaytikanı yağı həm xalq, həm də ənənəvi tibdə müxtəlif xəstəliklər və pozulmalar zamanı çox geniş istifadə olunur.

1. Çaytikanı yağı ürək-damar sistemi xəstəliklərinin müalicəsi və profilaktikası üçün olduqca faydalıdır. Bu yağının tərkbində olan doymamış yağlı turşular, flavonoidlər, kumarin kimi qiymətli maddələr damarların divarlarını möhkəmləndirir, onları daha elastik edir, damarlarda trombların əmələ gəlməsinin və aterosklerozun qarşısını alır.

2. Çaytikanı yağı mədə və 12 barmaq bağırsağı xorası xəstəliyi müalicəsində çox effektli köməkçi vasitə kimi istifadə olunur. Çaytikanı yağı mədənin turşuluğunu azaldır, mədə-bağırsaq sisteminin selikli qişalarını qoruyur və onların bərpa olunmasına kömək edir.

3. Çaytikanı yağı proktit (düz bağırsağın iltihabı), babasil, anal çatları zamanı da yaxşı müalicəvi effekt verir. Bu məqsədlə tərkibində çaytikanı yağı olan şamlar istifadə olunur.

4. Çaytikanı yağı gözlər üçün xüssilə faydalıdır. Belə hesab olunur ki, bu yağ müxtəlif göz xəstəliklərinin (katarakta, qlaukoma və s.) inkişafının qarşısını alır. Bundan əlavə çaytikanı yağı gözün buynuz qişası travmaları və yanıqları, keratitin kompleks müalicəsində köməkçi vasitə kimi istifadə olunur.

5. Stomatoloqlar çaytikanı yağını damaqların iltihablarının müalicəsində istifadə edirlər. Bunun üçün steril pambıq çaytikanı yağında isladılır və damaqlara qoyulur.

6. Çaytikanı yağı ginekologiyada da geniş istifadə olunur. Bu yağ kolpit, endometrit, vaqinit, servisit kimi xəstəliklərin kompleks müalicəsində istifadə olunur. Xüsusilə çaytikanı yağı uşaqlıq boynu eroziyası və uşaqlıq yolu selikli qişaların travmaları zamanı tez-tez istifadə olunur. Müalicə zamanı çaytikanı yağında isladılmış steril tampon uşaqlıq yoluna qoyulur. Adətən 10-15 belə prosedur təyin olunur. Selikli qişalar tez bir zamanda bərpa olunur və müalicənin nəticəsi davamlı olur.

7. Çaytikanı yağı müxtəlif dəri xəstəliklərinin (psoriaz, neyrodermit, dəmrov, ekzema, piodermiya və s.) müalicəsində də geniş istifadə olunur.

Ənənəvi tibb bu yağı müxtəlif yanıqların (gün, termik, kimyəvi), çətin sağalan yaraların, yataq xəstələrində əmələ gələn yaraların müalicəsində istifadə edir.sağlamolun.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar