Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bir qaşıq alma sirkəsi hər dərdə dəvadır

Tarix: 12-05-2017 08:07     Baxış: 5560 A- / A+
Bir qaşıq alma sirkəsi hər dərdə dəvadır

Bir qaşıq alma sirkəsinin xeyri saymaqla bitmir. Etdiyimiz idman növün təsirini artırır, çəkini azaldır, dəridəki sızanaqları müalicə edir, şəkərli qidaları yemək istəyinizi azaldır, saçların parlaq görünməsini təmin edir, hıçqırmanın da qarşısını alır.

Manevr.az deyerler.org-a istinadən bildirir ki, bir stəkan suyun içinə əlavə olunan bir çay qaşığı sirkə bir çox dərdin dərmanıdır. Daily Mail qəzetində dərc olunan bir araşdırmada, mütəxəssislər alma sirkəsinin​ faydalarını belə sadalayıblar.

İdman etdikdən sonra içdiyiniz suyun içinə bir çay qaşığı alma sirkəsi əlavə etdiyiniz təqdirdə, hiss etdiyiniz yorğunluq azalacaq. Çünki sirkənin içindəki amin turşuları orqanizmdə yığılan və yorğunluğa səbəb olan laksit turşunun əleyhinə təsir edir.

Əgər həzm probleminiz varsa, bir qədər suyun içinə iki çay qaşığı alma sirkəsi və 1 xörək qaşığı təzə zəncəfil əlavə edərək, o suyu için. Qarnınızı rahatlaşdıracaq.
Hıçqırığınız dayanmırsa, çox güclü dada malik alma sirkəsindən bir çay qaşığı için və müsbət təsirini​ görəcəksiniz.

Pis nəfəs qoxusunu aradan qaldırmaq üçün bir çay qaşığı sirkə əlavə etdiyiniz su ilə 10 saniyə qarqara edin.

Saçlarınızın parlaq görünməsini istəyirsinizsə, son yaxalama suyuna bir az sirkə əlavə edin.

Sirkə diş təmizliyinə də müsbət təsir edir. Hər səhər alma sirkəsi əlavə edilən su ilə qarqara etsəniz dişlərinizdəki ləkələr azalacaq.

Sirkə dəri təmizləmək üçün istifadə edilir, qara nöqtələrin formalaşmasının da qarşısını alır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar