Xəbər lenti 
					
 
		"Özəl tibb müəssisələri şirkətlərlə işbirliyinə girir" -Baş pediatr

“Qida şirkətlərinin doğuşayardım və ya uşaq müəssisəsinə hədiyyə olaraq hansısa süni qida qatışığı verməyə ixtiyarı yoxdur. Bəzi halları biz də görürük, gücümüz çatan qədər qarşısını alırıq. Amma tək əldən səs çıxmaz. Biz çalışmalıyıq ki, uşaqların hüququ pozulmasın”.
Manevr.az-ın məlumatına görə, bunu apa-ya respublikanın baş pediatrı Nəsib Quliyev bəzi doğum evlərinin süni qida məhsulları hazırlayan şirkətlərlə işbirliyi qurması barədə səslənən fikirlərə münasibət bildirərkən deyib.
N.Quliyev qeyd edib ki, doğum evlərində süni qida qatışığı satılması halları olmamalıdır. Baş pediatr hansısa doğum evinin, həkimlərin süni qida satan şirkətlə müqavilə bağlaması, əvəzində qidaları körpələrə verməsi haqda deyilənlərə inanmadığını bildirib: "Çox təəssüf ki, bu gün bunu özəl tibb müəssisələrində edirlər, dövlət tibb müəssisələrində belə hallar olmur. Bütün cəmiyyət bu prosesə etiraz etməli, hamının sözü eyni olmalıdır. Yalnız təkid etdikdən, əziyyət çəkdikdən sonra nəsə nəticə əldə etmək olar. Çünki qarşıda duran tərəf - qida satan adamlar, şirkətlər, təşkilatlar nə əyri işə desən əl atırlar, nə desən edirlər. Son zamanlar çalışırlar ki, bu işləri maskalanmış şəkildə etsinlər. Bazar münasibətləri qəddardır və burada çox çətinliklər var”.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər

.jpg)

 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















