Xəbər lenti 
					
 
		Bu 7 əlamət böyrək xəstəliyinə işarədir

Böyrək xəstəlikləri zamanı təzyiq uzun müddət yüksək qalır və təzyiqi salan dərmanlar kömək etmir.
Böyrək xəstəlikləri uzun müddət ərzində gizli inkişaf edə bilər. Bu çox təhlükəlidir ki, insan uzun müddət ərzində onda inkişaf edən xəstəlikdən məlumatsız olur, xəstəlik isə bu zaman inkişaf edir və nəticədə ağır vəziyyətlərə, böyrək çatışmazlığına gətirib çıxarda bilər. Bu səbəbdən böyrək xəstəliklərinin əsas simptomlarını bilmək çox vacibdir. Manevr.az saglamolun.az-a istinadən həmin əlamətləri aşağıda qeyd edir:
1. Ümumi intoksikasiya əlamətləri (zəiflik, hərarətin artması, baş ağrıları və s.). 2. Şişlər. Böyrək xəstəlikləri zamanı şişlər daha çox üzdə, gözlərin altında, göz qapaqlarında, bədənin yuxarı hissəsində müşahidə olunur. Ürək xəstəlikləri zamanı isə ödemlər əksinə ayaqlarda olur. Böyrək xəstəlikləri zamanı ödemlər daha tez-tez səhər, ürək xəstəlikləri zamanı isə axşam olur. 3. Bel nahiyəsində sızıldayan ağrılar. Ağrılar bir və ikitərəfli ola bilər. 4. Sidikdə qan, irin, sidiyin bulanıq olması, sidiyin üzərində köpük. 5. Sidik ifrazının pozulması (sidik nazik şırnaqla və ya damcılarla ifraz olunur), ifraz olunan sidiyin azalması. 6. Susuzluq, ağızda quruluq. 7. Arterial təzyiqinin qalxması. Böyrək xəstəlikləri zamanı təzyiq uzun müddət yüksək qalır və təzyiqi salan dərmanlar kömək etmir.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər

.jpg)

 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















