Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Pasient şikayət etdi, klinikanın əməkdaşları cəzalandırıldı

Tarix: 10-05-2017 17:43     Baxış: 3610 A- / A+
Pasient şikayət etdi, klinikanın əməkdaşları cəzalandırıldı

Biləsuvar rayon sakini Ülvi Quliyev “Avrasiya Hospistal”da pasietnlərə göstərilən xidmətdən şikayət edib.

O, “qafqazinfo”ya müraciət edərək bildirib ki, klinikanın bəzi personalları xəstələrə lazimı səviyyədə xidmət göstərmir, əksinə, onlara qarşı kobud rəftar nümayiş etdirirlər: “Belə ki, martın 26-da qardaşım Rəvan Quliyevin öd kisəsi əməliyyatı üçün 1000 manat pul ödəmişəm. Elə həmin gün əməliyyat baş tutub. Mayın 5- də mənə klinkadan zəng edib deyirlər ki, pulu ödəməmisiniz. İzah etmişəm ki, ödəmişik, əlimizdə çek də var. Bundan sonra xəstəxananın “Qaynar Xətti”nə zəng vurduq. Əməliyyat meneceri bizə ümumiyyətlə belə bir xəstənin əməliyyat olmadığı bildirərək özünü haqlı çıxarmağa başladı. Kobud ifadələrə yer verdi.

Bu gün də klinikaya qan analizi verməyə gəlmişik. Pulumuzu da ödəmişik. Yenə növbədə dayanarkən xidməti personal növbəyə girərək bizə qarşı mədəniyyətsiz ifadələr işlətdi. Halbuki biz pulumuzu veririk, qarşılığında isə bizə yüksək səviyyədə xidmət göstərilməlidir. Baş həkim əvəzi olan Azər müəllimə də məsələni izah etmişik. O həmin işçilər barəsində tədbir görəcəyini bildirdi”.

“Qafqazinfo” məsələ ilə bağlı klinikaya müraciət edib. Klinikanın baş həkim əvəzi Azər Nağıyev bildirib ki, şikayətçi olan Ülvi Quliyevlə bu gün səhər görüşüb: “Mən onların narazılığını dinlədim. Bir qədər əsəbi idilər. Xidmət olan yerdə yaxşı servis göstərilməlidir. Ancaq təəssüf ki, klinikanım bəzi işçiləri ilə bağlı xoşagəlməz məqamlar olub. Bura səhiyyə müəssisəsidir. Elə hallara yol verilməməlidir. Mən buna görə əməliyyatxananın sanitar işçisi Xatirə xanımı bu gün işdən azad etdim. Çünki o, növbə zamanı gözləyən xəstələrə müdaxilə edib. Orada səs-küy yaradıb. Bu müşahidə kameralarına da düşüb. O cümlədən, şikayətçinin narazı qaldığı qəbul şöbəsində əyləşən resepşnla, əməliyyatxananın baş meneceri də cəzalandırılıb”.

Manevr.az

Pasient şikayət etdi, klinikanın əməkdaşları cəzalandırıldı
Pasient şikayət etdi, klinikanın əməkdaşları cəzalandırıldı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar