Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Çılpaq yatmaq son dərəcə vacib və faydalı imiş

Tarix: 08-05-2017 12:09     Baxış: 4798 A- / A+
Çılpaq yatmaq son dərəcə vacib və faydalı imiş


Artıq çəkidən azad olmaq, cavan görünmək və xoşbəxtlik istəyirsizsə, burada yazılanlara diqqət yetirin
Çılpaq yatmağın müalicəvi faydaları varmış. Manevr.az BBC-yə istinadla xəbər verir ki, “The Telegraph” qəzeti gecələr çılpaq yatmağın faydalarından bəhs edən yazı dərc edib.
Məqalədə deyilir ki, ABŞ-dakı Stanford Universiteti Milli Uşaq Sağlamlığı və İnsan İnkişafı İnstitutu tərəfindən 2015-ci ildə aparılmış elmi araşdırma, kişilərin alt paltarında yatmasının sperm istehsalına mənfi təsirini göstərib.
Araşdırmanın nəticələrinə görə kip gecə paltarları xayaların temperaturunu artırır ki, bu da kişilərdə spermlərin keyfiyyətinə mənfi təsir göstərir. Bunun əksinə daha boş və rahat gecə paltarları sperm keyfiyyətini 25 faiz artırır. Lakin bu, gecələr çılpaq yatmağın yeganə faydası deyil.
Daha yaxşı yuxu
Əksər yuxu ekspertləri deyirlər ki, gecələr yataqda “anadan gəldiyiniz qiyafədə” olmaq bədəninizə öz temperaturunu daha yaxşı tənzimləmək imkanı verir. Bu isə öz növbəsində daha yaxşı və daha dərin yuxuya kömək edir.
Artıq çəkidən xilas olmaq
“Tam ciddi, sözdür” — yazır qəzet. İsti paltarda yatmaq “insan böyüməsi hormonlarının” buxarlanmasına imkan yaratmır. Əvəzində bədənin kortizol hormonu yüksək olaraq qalır, bu isə gecə saatlarında insulinin miqdarını artırır. Kip alt paltrarında bədən “rahatlıq” yox, “gərginlik” vəziyyətində olur. Warwick Universitetinin araşdırmalarına görə diabet xəstəliyinin səbəblərindən biri də kifayət qədər yatmamaqdır.
Daha gənc görünəcəksiniz
Çılpaq yatmaqla ən azı yaşınıza görə cavan görünəcəksiniz. Çünki bədəndəki piyləri əritməli olan hormonlar həm də cavanlaşdırcı effektə malikdir. Hüceyrələrin təzələnməsi insanın üzünə gümrahlıq gətirir, qırışların sayını azaldır.
Daha xoşbəxt məhəbbət
Qəzet yazır ki, bu məsləhət daha çox gecələr tək yatmayanlara aiddir. Təcrübələr göstərib ki, çılpaq yatmaq partnyorlar arasında daha mehriban münasibətlərin yaranmasına kömək edir.
1000 nəfər arasında aparılmış sorğu göstərib ki, çılpaq yatan cütlərin 57 faizi özlərini sevgi mənasında daha xoşbəxt hiss ediblər.
Alimlər inanırlar ki, bədənlərin bilavasitə təması “yaxşı əhval hormonu” olan oksitosinin daha çox buraxılmasına imkan yaradır. Bunu demək artıqdır ki, çılpaq yatanlar arasında seks əhvalatı daha çox baş verir.
Göbələk xəstəliklərindən qorunma
Pijamalar və başqa gecə paltarları bədənin tərləməsinə yol açır ki, bu da müxtəlif göbələk xəstəlikləri üçün münbit zəmin yaradır. Doktor Sarah Brewer deyir ki, müxtəlif dəri xəstəlikləri yüksək temperaturlarda daha tez inkişaf edir. Buna görə də həm yataq otağınızı, həm də özünüzü mümkün qədər sərin saxlamalısınız.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar