Xəbər lenti
Artıq 100 yaşında da uşağınız olacaq
Alimlər 2050-ci ildə insanların sekssiz artacağını bəyan ediblər
Alimlər əmindirlər ki, 2050-ci ildə insanların artması üçün cinsi əlaqəyə ehtiyac qalmayacaq. İnsanlar seks olmadan da arta biləcəklər. Manevr.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu mövzuya həsr olunmuş ən son tədqiqatların nəticələrinə görə, yaxın onilliklər ərzində avropalıların cinsi yolla artmaq tələbatları tamamilə aşağı düşəcək. Stenford Universitetinin (ABŞ, Kaliforniya) tədqiqatçısı Karl Cerassi əmindir ki, texnologiyanın yüksək səviyyədə inkişafı insanların yaşlarına baxmayaraq, nə qədər istəsələr uşaq dünyaya gətirməsinə imkan verəcək. Cinsi əlaqə, görün qadınlarda nələrə səbəb olur Alimlərin fikrincə, yaxın gələcəkdə qızlar və oğlanlar sterilizasiya prosedurandan keçəndən sonra öz yumurtacıqlarını və spermalarını dondura biləcəklər. Burada mütəxəssislər bir sıra müsbət tərəf görürlər. Əvvəla ailə planlamasına belə yanaşma nəticəsində insanlar öz bioloji saatları barədə düşünməyə ehtiyac duymayacaqlar. Onlar ürəkləri istəyən yaşda uşaq dünyaya gətirə biləcəklər. İkincisi, bu, planlaşdırılmamış hamiləlik riski olmadan parlaq seksual həyat yaşamağa imkan verəcək. "Biz dünyada çox sayda insan tanıyırıq ki, onlar gənc yaşlarında uşaq dünyaya gətirmək imkanından məhrumdurlar. Yaxud da, çox sayda insan var ki, övladlarını erkən yaşda itirirlər və ömür boyu övladsız qalmanın acısını yaşayırlar. Yumurta hüceyrələrinin və spermanın dondurularaq saxlanılması sayəsində insanlar ən qoca yaşlarında belə övlad dünyaya gətirməyə qadir olacaqlar. Bu, övlad arzulayan bütün insanlara əsl hədiyyə olacaq" – deyə Cerassi bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar