Xəbər lenti
Onurğa yırtığından əməliyyatsız müalicə - Alman həkim

Oturaq həyat tərzi keçirmək əzələləri zəiflədir, fəqərə sütunundakı disklərə və oynaqlara daha çox yük düşür. Bu da onurğa sütunu xəstəliklərinin yaranmasına səbəb olur. Fəqərəarası diskin yırtığı ilə üzləşən pasientləri, bir qayda olaraq, əməliyyata cəlb edirlər.
Əslində, onurğa sütunu yırtıqlarının aradan qaldırılmaq üçün əməliyyata ehtiyac yoxdur.
Azərbaycan Bioloji Təbabət və Antihomotoksik Terapiya Cəmiyyətinin xətti ilə ölkəmizə dəvət olunmuş onurğa xəstəlikləri üzrə almaniyalı mütəxəssis, vertebroloq Gerhard Raysın fikrincə, yalnız aşağı və yuxarı ətrafların, yaxud sidik kisəsi və ya bağırsağın parezi belə əməliyyatı qaçılmaz edir. Qalan bütün hallarda fəqərəarası diskin yırtığı konservativ yolla müalicə oluna bilər:
“Müalicənin ən optimalı bioloji təbabət üsullarıdır. Fəqərəarası disk yırtığı diaqnozu ilə əməliyyat edilən pasientlərin bir müddət sonra həmin problemlə yenidən üzləşməsi halları tez-tez müşahidə olunur. Ümumiyyətlə, fəqərəarası diskin yırtığı olan insanlarda onun təkrar yaranma riski yüksəkdir. Buna görə də bioloji təbabətlə ilk növbədə birləşdirici toxumanı təmizləməyə çalışırıq. Çünki müasir dövrdə insanların çoxu sağlam həyat tərzi keçirmədiyi və düzgün qidalanmadıqları üçün birləşdirici toxuma turş toksinlərlə dolur və bu da onun zəifləməsinə gətirib çıxarır. Növbəti mərhələdə isə müalicə əzələlərin gücləndirilməsinə yönəldilməlidir. Əzələ gücləndikcə bağlara, oynaqlara və fəqərəarası disklərə düşən yük azalır”.axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar