Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qüsurlu uşaqlara müjdə - mütəxəssislər Şəmkirə gedir

Tarix: 17-04-2017 14:45     Baxış: 2783 A- / A+
Qüsurlu uşaqlara müjdə


Şəmkir rayonundakı Heydər Əliyev Mərkəzində "Səlis Danışıq” Loqopedik və Psixoloji Mərkəzin bölgə filialının açılması məqsədi ilə tədbir keçirilib.

Mərkəzdən Manevr.az verilən məlumata görə, tədbirdə Şəmkir rayon İçra Hakimiyyətinin nümayəndələri, «Səlis Danışıq” Loqopedik və Psixoloji Mərkəzin rəhbəri Xavər Abdullayeva, mərkəzin bölgələr üzrə icraçı direktoru Günay Hüseynova, psixoloqlar, rayonun həkim və müəllim heyəti, eyni zamanda fiziki qüsurlu uşaqlar və valideynlər iştirak ediblər.

X. Abdullayeva mərkəzin Şəmkir filialının yaxın bir ay ərzində açılacağını bildirib:

“Mərkəzimizin bölgə filiallarını açmaqda məqsədimiz həm valideynlər, həm də fiziki qüsuru olan uşaqların işini asanlaşdırmaqdır. Çünki müəyyən səbəblərdən valideyn övladını Bakıya gətirib müalicə müddətində uzun zaman evindən uzaqda başa vura bilmir. Bu isə uşağın zamanında sağlamlığına qovuşmasına mane olur. Ölkəmizə sağlam övladlar bəxş etmək məqsədilə filialların sayını artırmağı zəruri bilirik”.

Mərkəzin psixoloqu Zərifə Kərimli çıxışı zamanı bildirib ki, “Səlis Danışıq”ın filiallarına cəlb etmək məqsədi ilə mütəxəssislər yetişdirirlər. Bunlar həm xaricdə dərs keçir, eyni zamanda mərkəzin peşəkar müəllim heyəti tərəfindən hazırlanır.

Şəmkir rayon İcra Hakimiyyətinin nümayəndəsi Pərviz İbrahimov mərkəzin heyətinin ideyasını dəstəkləyib və uşaqların sağlamlığı üçün əllərindən gələni edəcəklərini bildirib.

Söhbəti davam etdirən mərkəzin bölgələr üzrə icraçı direktoru G. Hüseynova bunları qeyd edib:

“Xatırlayırsınızsa, aprel döyüşlərində çoxlu sayda böyüklər və azyaşlılar güllə səslərindən böyük travmalar yaşadılar. Bizim mərkəz təmənnasız həmin vətəndaşları müayinə edib, bir ildə onları sağlamlığına qovuşdurdu. Əvvəlki illərdə bizə müraciət edən valideynlərdə güvənsizlik var idi. Bizim maarifləndirmə və təlimlərimizdən sonra artıq onlar övladlarının sağlamlığını bizə etibar edir. Bu, o deməkdir ki, uşaqlar lazımi yaş dövrünə qədər reablitasiya keçir və sağalır”.

Daha sonra mərkəzin rəhbəri X. Abdullayeva və psixoloqlar tədbirdə iştirak edən qüsurlu uşaqları müayinə edib və tövsyələrini veriblər.

Qüsurlu uşaqlara müjdə
Qüsurlu uşaqlara müjdə
Qüsurlu uşaqlara müjdə

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar