Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Albalı və gilasın faydaları

Tarix: 29-06-2022 08:58     Baxış: 3377 A- / A+
Albalı və gilasın faydaları
Albalı və gilasda olan maddələr açıq antioksidant təsirə malikdir - başqa sözlə, onlar iltihabi proseslərə təsir etməyə qadirdirlər. Bu giləmeyvələrin orqanizmə xərçəng əleyhinə təsiri məhz bununla təmin edilir.
Bu barədə Samara Elmi-Tədqiqat Diyetologiya və Pəhriz Terapiya İnstitutunun direktoru, tibb elmləri doktoru Mixail Ginzburq bildirib.
"Orta nisbətdə təzə albalı və gilasın qəbulu orqanizmi onkoloji xəstəliklərə səbəb ola biləcək iltihabi proseslərin inkişafından qoruyur", - deyə doktor Ginzburq söyləyib.
Alim, həmçinin, albalı və gilas istehlakının nevroloji sağlamlığa müsbət təsir etdiyinə, yuxuyagetmə, narahatlıq kimi mövcud problemlərin həllinə kömək etdiyinə də hər kəsin diqqətini çəkib.
"Albalı və gilasda stresi aradan qaldırmağa və yuxunun keyfiyyətini yaxşılaşdırmağa kömək edən çox miqdarda vitamin və qida maddələri var", - deyə diyetoloq qeyd edib.
Ekspert əlavə edib ki, bəzi aparılan tədqiqatlar albalı şirəsinin təbii yuxu gətirici kimi faydasını təsdiqləyib. Tərkibindəki triptofan amin turşusu sayəsində onun qəbulu yuxu hormonu olan melatoninin səviyyəsini artırmağa kömək edir.
Bütün bunlardan savayı, həm albalı, həm də gilasda yüksək miqdarda B qrupu vitaminləri, maqnezium var - bu keyfiyyət onları narahatlığın, psixo-emosional gərginliyin azalması üçün faydalı edir."Qafqazinfo" 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar