Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Yaddaşı möhkəmləndirir, infarkt riskini azaldır… – Hər gün bir dənə yeyin

Tarix: 04-04-2017 07:27     Baxış: 5579 A- / A+
Yaddaşı möhkəmləndirir, infarkt riskini azaldır…
İnsan orqanizmi özü 11 amin turşusu istehsal edir. Lakin digər funksiyaları sağlam şəkildə yerinə yetirə bilməsi üçün bədən əlavə amin turşularına ehtiyac duyur. Hər gün bir yumurta yeməklə bədənə lazım olan əlavə amin turşusu miqdarını qarşılamaq mümkündür.
Manevr.az lent.az-a istinadən yumurtanın faydalarını sadalayır.
Sümükləri gücləndirir
Yumurtanın tərkibində sümük əriməsinin qarşısını alan və sümükləri gücləndirən kalsium var. Tərkibindəki D vitamini bədəndəki kalsium tarazlığını təmin edərək dişlərin də inkişafını təmin edir.
Sinir sistemini qoruyur
Gündə bir ədəd yumurta yemək bədəni müxtəlif bakteriyalara və infeksiyalara qarşı qoruyur. Gündə bir ədəd yumurta yeyərək, gündəlik selenium miqdarının demək olar ki, hamısını qarşılamış olarsınız. Selenium sinir sistemini gücləndirir.
Əzələləri gücləndirir
Yumurta zülal qaynağı olan qidalar sırasındadır. Əzələ yığmaq üçün məşqlər edirsinizsə, yumurta yemək sizin zülal ehtiyacınızı qarşılayacaq və əzələlərinizin inkişafına yardım edəcək.
İnfarkt riskini azaldır
Aparılan araşdırmalar sübut edib ki, yumurtada olan aşağı miqdarda lipoprotein ürək infarktına tutulma riskini azaldır.
Kataraktın yaranmasına mane olur
Yumurtanın içərisində olan müxtəlif antioksidantlar göz sağlamlığını qoruyur və kataraktın yaranmasını azaldır.
Arıqlamağa kömək edər
Yumurta tərkibində olan bol miqdarda zülal sayəsində tez doymanıza kömək olur. Beləliklə, qan şəkəriniz aşağı düşməz və aclıq böhranlarına girməzsiniz. Hər gün bir yumurta yemək gün ərzində aclıq böhranlarının qarşısını alaraq, qısa müddətdə arıqlamağınızı təmin edər.
Beyninizi işlədər
Yumurtanın tərkibində olan kolin beynin böyüməsini və inkişafını təmin edir. Digər tərəfdən kolin yaddaşı möhkəmləndirir və daha dəqiq olmanıza kömək edər.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar