Xəbər lenti
Əsnəmək niyə yoluxucudur? - Mütəxəssis rəyi
“Əsnəmək xəstəlik deyil, ancaq yoluxucudur”.
Bunu psixoloq Fərqanə Mehmanqızı deyib: “Əslində bu mövzu illərdir müzakirə olunur və müxtəlif fikir ayrılığına səbəb olub. Yunan alimi Hippokrat hələ 2500 il əvvəl bu mövzunu müzakirəyə çıxarıb. Onun fikrinə görə, əsnəmə sayəsində bədən pis havadan təmizlənir, yəni karbondioksid atılır, qana daha çox oksigen daxil olur”.
Əsnəmək niyə yoluxucudur? Niyə əsnəyən şəxs gördükdə əsnəməyimiz tutur, yaxud əsnəmə haqda məlumat oxuyarkən, düşünərkən başlayırıq əsnəməyə?
Psixoloq Fərqanə Mehmanqızı deyib ki, əsnəmək daha çox stress, yuxusuzluq zamanı baş verir və bədən temperaturu yüksəlir. Əsnəmə zamanı soyuq hava bədənə daxil olur, temperaturu tənzimləyir və beyin bol oksigenlə təmin olunur, daha aktiv çalışmağa başlayır.
Maryland Universitetinin psixoloqu Provine 1980-cı ildə bu haqda versiyaların üzərində çalışmağa başlayıb. Onun fikrincə, əsnəmək insanların empatik qabiliyyətindən, qarşı tərəfin vəziyyətindən təsirlənərək baş verir. Lakin dünya alimləri əsnəməklə bağlı yekun fikrə gələ bilməyiblər.
Avstraliyada yerləşən Sidney Universitetinin alimləri əsnəməklə bağlı maraqlı araşdırma aparıblar. Onlar bildiriblər ki, əsnəmək insanı arıqladır. Belə ki, 30 dəqiqə əsnəmək 1 saat idmanla məşğul olmağa bərabərdir və eyni kalori itkisinə səbəb olur.metbuat.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar