Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda topuq testinin tətbiqinə başlanıldı

Tarix: 12-05-2022 20:05     Baxış: 3327 A- / A+
Azərbaycanda topuq testinin (“neonatal skrininq”) tətbiqinə başlanılıb.
Bu barədə Manevr.az-a “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, ÜST-ün tövsiyəsi ilə yenidoğulmuşların skrininqi uşaqlar üçün mütləq vacib olan testlər siyahısına daxil edilib. Neonatal skrininqlərdə - topuq testi götürülərək irsi xəstəliklərin diaqnostikası aparılır. Müayinə nəticəsində xəstəlik aşkar olunduqda və ya şübhəli testlərdə ailə ilə əlaqə saxlanılaraq aidiyyatı ilkin səhiyyə müəssisəsinə məlumat verilir.
Topuq testi vasitəsilə yenidoğulmuş uşaqlarda beş irsi xəstəliyin diaqnostikası həyata keçirilir və beləcə xəstəliklərin erkən aşkarlanması və ağır nəticələrin əmələ gəlməsinin qarşısını almağa köməklik edir.
Qeyd edək ki yenidoğulmuşların skrininqi tibbi xidmətin keyfiyyətini qaldırmaqla bərabər, dövlətin sosial-iqtisadi siyasətinin bir hissəsidir. Neonatal skrininq Azərbaycan Prezidentinin sərancamı ilə təsdiq edilmiş "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2022ci illər üçün Dövlət Proqramı" çərçivəsində həyata keçirilir. Artıq Səhiyyə Nazirliyinin aldığı avadanlıq TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən tamamlanmış xüsusi reaktivlər təhciz olunaraq skrininqin icrasına start verilib. Azərbaycanın bütün tibb müəssisələrində həkim və tibb bacıları üçün topuq testi ilə əlaqədar treninqlər keçirilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar