Sizin Reklam Burada
Xəbər lenti
20-09-2024
19-09-2024
BÜTÜN XƏBƏRLƏR

KÜNCÜTÜN İNANILMAZ – FAYDALARI

Tarix: 28-03-2017 19:36     Baxış: 4574 A- / A+
KÜNCÜTÜN İNANILMAZ


Küncütün vətəni Cənubi Afrikadır. Lakin bu faydalı müalicəvi bitki qədim zamanlardan bir çox Şərq ölkələrində, Hindistanda da geniş istifadə olunur. Küncüt dünyada tək mətbəxtə deyil, tibdə və kosmetologiyada da istifadə olunur. Küncütün bir çox faydalı xüsusiyyətləri var: - Bu bitkinin tərkibində güclü antioksidant olan "sezamin" maddəsi var ki, bu maddə bir çox xəstəliklərin, o cümlədən şiş xəstəliklərinin profilaktikasında istifadə olunur, "pis" xolesterolun səviyyəsini aşağı salır. - Küncüt bir çox vitamin (A,B qrupu, C, E) və minerallarla (kalium, maqnezium, dəmir, kalsium, fosfor) zəngindir. Bu səbəbdən küncüt yaz və payız hipovitaminozlarının (vitamin çatışmazlığı) profilaktikasında uğurla istifadə oluna bilər. - Kalium və maqneziumla zəngin olan küncüt ürək-damar sistemi üçün çox faydalıdır. Məhz bu iki mineral ürəyin və damarların normal fəaliyyəti üçün ən vacib minerallardır. - Küncüt lesitinlə zəngindir. Lesitin baş beyinin və qaraciyərin sağlamlığını qoruyur, orqanizmdə xolesterolun səviyəsini aşağı salır. Lesitin uşaqlar üçün xüsusilə vacibdir - bu maddə uşağın sinir sisteminin normal formalaşmasında və inkişafında böyük rol oynayır. - Küncütdə fitosterin var. Bu maddə immun sistemini möhkəmləndirir və həmçinin aterosklerozun və piylənmənin qarşısını alır. - Küncüt saç və dərinin vəziyyətinə müsbət təsir edir. - Küncüt kalsium və fosforla zəngindir. Bu iki mineral sümüklərin sağlamlığını və möhkəmliyini təmin edir. Məhz bu səbəbdən mütəxəssislər küncüt toxumlarını uşaqların və yaşlı insanların qidalanmasına daxil etməyi tövsiyə edir. - Küncütün tərkibində fitoestrogenlər var. Bu maddələr qadın sağlamlığı üçün xüsusilə faydalıdır - qadın cinsiyyət sistemi xəstəliklərinin, mastopatiyanın riskini azaldır. - Küncüt güclü afrodiziak sayılır (cinsi meyli artıran maddə). Küncütü çiy halda müxtəlif meyvə və tərəvəz salatlarına, sıyıqlara, süd məhsullarına (kəsmik, yoqurt) əlavə etmək olar. Gün ərzində 2-3 çay qaşığı küncüt yeyə bilərsiniz. Saglamolun.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar