Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Qazaxın 7 kəndi bu tarixdən sonra geri qaytarılacaq” – Mühüm açıqlama

Tarix: 07-06-2021 16:19     Baxış: 4173 A- / A+
“Qazaxın 7 kəndi bu tarixdən sonra geri qaytarılacaq” – Mühüm açıqlama


"Qazax rayonundakı düşmən işğalı altında olan kəndlərimizlə bağlı vəziyyət bir qədər fərqlidir. Bu kəndlər bilavasitə Ermənistan torpaqları ilə əhatə olunub və həmin kəndlərin azad olunması daha çox diplomatik yollarla həyata keçirilməlidir”.

Manevr.az
bildirir ki, politoloq Əlimusa İbrahimov Qazaxın işğal altındakı 7 kəndi ilə bağlı sitiuasiyanı sfera.az-a şərh edərkən belə deyib.

O qeyd edib ki, bu kəndlərin azad olunması məqsədilə əraziyə ordu yeridilməsi ermənilər üçün Azərbaycana qarşı istifadə edə biləcəkləri bəhanə ola bilərdi: "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu fakta cavabsız qala bilməz. Lakin bu, Azərbaycanın xarici təsirə məruz qalmasından ehtiyat edərək, öz torpaqlarının erməni işğalında qalması ilə barışacağı anlamına gəlmir. Sadəcə, o kəndlərin Azərbaycana qaytarılmasının zəruriliyi haqqında yetərincə təbliğat aparılmalıdır.

Bu torpaqların Azərbaycan ərazisi olduğu beynəlxalq birliyə də, elə Ermənistanın özünə də aydındır və mübahisə predmeti sayılmır. Ən revanşist erməni belə 7 kəndimizi işğal etdiklərini təsdiq edir və nə vaxtsa bu torpaqların geri qaytarılacağını başa düşürlər”.

Müsahibimiz bildirib ki, düşmən ölkədə baş tutacaq parlament seçkilərindən sonra Qazaxın 7 kəndinin qaytarılması da öz həllini tapacaq: "Sülh və danışıqlar yolu ilə alınarsa, bu, ermənilərin xeyrinə olacaq. Əks halda 7 kəndlə yanaşı, başqa hansı ərazilərin Azərbaycana çatacağı haqda qoy, onlar özləri düşünsünlər”.

Xatırladaq ki, Qazax rayonu Ermənistanla 168 km-lik sərhəd zolağına malikdir. İşğal olunan kəndlər: Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara Aşağı Əskipara və Xeyrimlidir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar