Sizin Reklam Burada
Xəbər lenti
21-09-2026
20-09-2026
BÜTÜN XƏBƏRLƏR

İnterpol ermənilərin Xudavəngdən apardıqları elementləri axtarır

Tarix: 21-09-2026 21:36     Baxış: 337 A- / A+
İnterpol ermənilərin Xudavəngdən apardıqları elementləri axtarırKəlbəcər rayonunun işğalından sonra Xudavəng monastırında da “bərpa” işləri başlanılıb.
Manevr.az xəbər verir ki, bunu apa-ya açıqlamasında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva deyib.
Onun sözlərinə görə, “bərpa” işləri Ermənistan Respublikası və erməni apostol kilsəsinin vəsaiti hesabına 1997-2011-ci il tarixlərində həyata keçirilib.
“2014-cü ildən başlayaraq monastırın unikal freskalarının “bərpa”sı da aparılıb. İşğalçı qüvvələr Kəlbəcər rayonunu tərk edərkən Xudavəng monastır kompleksini talan edərək, kompleksə məxsus olan xaçlar, zənglər və digər elementlər Ermənistan Respublikasına aparılıb, o cümlədən, freskalar da divardan kəsilərək oğurlanıb, sonralar xaricdə “Ermənistanın sənət əsərləri” kimi müxtəlif xarici sərgilərdə nümayiş etdirilib. Bununla bağlı 9 oktyabr 2025-ci il tarixində Xudavəng monastırından sökülərək ölkə ərazisindən qanunsuz çıxarılmış freska və xaçdaşlar barədə məlumatlar İnterpolun “Oğurlanmış incəsənət əsərləri bazası”na daxil edilib. Bu da həmin artefaktların İnterpola üzv dövlətlərdən birinin ərazisində aşkar edilməsi halında onların Azərbaycan Respublikasına qaytarılması istiqamətində beynəlxalq hüquq-mühafizə mexanizmləri ehtiva edir”, - Dövlət Xidmətinin rəisi vurğulayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar