Sizin Reklam Burada
Xəbər lenti
12-09-2026
11-09-2026
BÜTÜN XƏBƏRLƏR

Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar

Tarix: 12-09-2026 10:21     Baxış: 350 A- / A+


Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
Diplomatik korpusun Qarabağa və Şərqi Zəngəzura səfəri davam edir.
Manevr.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə işğaldan azad edilmiş ərazilərə səfərinin ilk günü ilə bağlı videoçarx paylaşıb.
Onun sözlərinə görə, hazırda xarici diplomatlar Ağdərə və Kəlbəcər istiqamətində səfərini davam etdirir.
Qeyd edək ki, səfərin ilk günündə xarici diplomatlar Xankəndi və Şuşada olublar.
Xatırladaq ki, Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb.
Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir.
Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri Prezident İlham Əliyevin rəhbərliyi ilə Xankəndi və Şuşa şəhərlərində, Ağdərə və Kəlbəcər rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq və inkişaf prosesi çərçivəsində reallaşdırılan sosial və iqtisadi infrastruktur layihələri, eləcə də tarixi-mədəni irs nümunələrinin mövcud vəziyyəti, onların qorunması və bərpası istiqamətində görülən tədbirlərlə tanış olacaqlar.
Bu, diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə 2020-ci ildən etibarən sayca 22-ci səfəridir.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar