Xəbər lenti
“Yay Fest 2026” çərçivəsində Şuşa fləşmobu keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi keçirilən Yay Fest 2026-nın “Müasir Şəhərlər və Texnologiya” düşərgəsi çərçivəsində “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Azərbaycanın ən gözəl guşələrindən olan Şuşaya həsr olunmuş fləşmob keçirilib.
Manevr.az xəbər verir ki, fləşmobun keçirilməsində əsas məqsəd keçmişin zəngin irsini gələcəyə daşımaq, gənclərdə tarixi və mədəni irsə bağlılıq hissini gücləndirmək, milli kimlik şüurunu təşviq etmək, həmçinin keçmişdən gələcəyə uzanan inkişaf baxışını formalaşdırmaq olub.
Düşərgə iştirakçılarının fəal iştirakı ilə ərsəyə gələn fləşmob birlik, həmrəylik və ortaq dəyərlərin təcəssümü kimi diqqət çəkib. Hazırlanan kompozisiya Şuşanın Azərbaycanın tarixi yaddaşındakı və mədəni irsindəki müstəsna yerini, eyni zamanda gələcəyə inam və inkişaf ideyasını simvolik şəkildə ifadə edib.
Qeyd edək ki, Yay Fest 2026-nın “Müasir Şəhərlər və Texnologiya” düşərgəsi gənclərin şəhərsalma, memarlıq, innovasiya, süni intellekt və dayanıqlı inkişaf sahələrində bilik və bacarıqlarının artırılmasına xidmət edir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























