Sizin Reklam Burada
Xəbər lenti
05-08-2026
04-08-2026
03-08-2026
BÜTÜN XƏBƏRLƏR

Xankəndi şəhərinin baş planı yaxın vaxtlarda təqdim ediləcək

Tarix: 13-05-2026 15:31     Baxış: 4205 A- / A+


Xankəndi şəhərinin baş planı yaxın vaxtlarda təqdim ediləcək
Xankəndi Qarabağın əsas şəhərlərindən biri olacaq.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, bunu Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov deyib.
Xankəndidə keçirilən Milli Biznesin İnkişafı Forumunda çıxış edən E. Yusubov bildirib ki, şəhərin baş planı yaxın vaxtlarda hazır olacaq və bu barədə ictimaiyyətə ətraflı məlumat təqdim ediləcək: “Hazırda şəhərin inkişaf konsepsiyası qərb şirkətləri tərəfindən hazırlanır. Plan çərçivəsində Xankəndinin “gənclər şəhəri” kimi inkişaf etdirilməsi nəzərdə tutulur. Şəhərdə təhsil və sosial infrastrukturun genişləndirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib. Xüsusilə, Qarabağ Universiteti üçün geniş ərazi ayrılıb və burada təhsil alan tələbələr üçün müasir, rahat şəraitin yaradılması planlaşdırılır. Eyni zamanda burada tələbə və müəllim heyətinin ümumi şəhər əhalisinin təxminən 12–15 faizini təşkil edəcəyi qeyd olunur. Layihəyə əsasən, Xankəndi şəhərinin gələcəkdə təxminən 80 min nəfərlik əhaliyə malik müasir şəhər kimi formalaşdırılması nəzərdə tutulur. Bir sözlə, Xankəndi müasir şəhərə çevriləcək və burada həyata keçirilən bütün layihələr şəhərin qısa zamanda dayanıqlı inkişafına uyğun şəkildə icra olunur”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar