Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

Xocalının daha iki kəndinə 133 nəfər qayıtdı – FOTO

Tarix: 25-12-2025 14:49     Baxış: 3296 A- / A+

Dekabrın 25-də həyata keçirilən növbəti mərhələdə respublikanın müxtəlif şəhər və rayonlarından yola düşən köç karvanı Xocalının Şuşakənd və Xanyurdu kəndlərinə çatıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu mərhələdə Şuşakəndə 83 nəfərdən ibarət 20 ailə, Xanyurdu kəndinə isə 50 nəfərdən ibarət 12 ailə köçürülüb.
Mənzillərin açarlarının təqdimatında çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov sakinləri doğma yurda qayıtmaları münasibətilə təbrik edərək bildirib ki, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri planlı və sürətli şəkildə davam etdirilir. Şuşakənd və Xanyurdu kəndlərində içməli su, elektrik enerjisi, qaz və digər kommunal xidmətlər tam şəkildə təmin olunub. Sakinlərin məşğulluq məsələsi də diqqətdə saxlanılır. Doğma torpaqlarına qovuşan sakinlər də yaradılan şəraitə görə minnətdarlıqlarını bildirib, illər sonra öz yurdlarında yaşamağın sevincini bölüşüblər.

Manevr.az











Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar