Xəbər lenti 
					
 
		Xankəndidə ilk Şəhər Günü atəşfəşanlıqla başa çatdı
Sonra Fəxri Kazım Nicat Polad Bülbüloğlunun "Azərbaycan", Əməkdar artist Almaz Orucova "Nə olaydı, yarım olaydı" Azərbaycan xalq mahnısı və Tofiq Quliyevin "Azərbaycana gəlsin", Ayşən Mehdiyeva Hatəm Nəbioğlunun "Vətən", İlhamə Qasımova Elza İbrahimovanın "Ey Vətən", Əməkdar artistlər Anar Şuşalı Cahangir Cahangirovun "Cənnətim Qarabağ", Fehruz Səxavət Əlibaba Məmmədovun "Xudayar təsnifi" ("Vətən yaxşıdı"), Gülüstan Əliyeva Ə.Məmmədovun "Sənə inanıram" və Əvəz Muradovun "Mənim eşqim Azərbaycandır", Səbuhi İbayev "Qarabağ şikəstəsi"ni ifa ediblər.
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında həmçinin Üzeyir Hacıbəylinin "Cəngi" rəqsi və "Ay Ləli" xalq mahnısı da təqdim olunub. Konsert proqramı Əməkdar artist İlham Nəzərovun ifasında Müslüm Maqomayevin "Azərbaycan" (söz: N.Xəzri) mahnısı ilə başa çatıb.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları ilə yanaşı, yüzlərlə şəhər sakini və Qarabağ Universiteti tələbələrinin izlədiyi bayram konserti alqışlarla qarşılanıb.
Konsertdən sonra Xankəndinin mərkəzi meydanında möhtəşəm atəşfəşanlıq olub.



	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















