Xəbər lenti
Xankəndi, Xocavənd və Xocalı ərazisindən xeyli silah-sursat aşkarlanıb

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.
Həyata keçirilən tədbirlərlə 25-30 avqust tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 20 avtomat silahı, 3 tapança, 7 tüfəng, 22 qumbara, 16 alışdırıcı, 7 mərmi, 6 süngü-bıçaq, 78 patron darağı, 4 707 ədəd müxtəlifçaplı patron və digər sursat, Xocalı rayonu ərazisindən 3 avtomat, 1 pulemyot, 5 patron darağı, 1 qumbara və 655 ədəd patron, Xocavənd rayonu ərazisindən isə 2 avtomat silahı, 1 pulemyot, 1 tüfəng, 1 qumbaraatan, 572 müxtəlifçaplı patron və digər sursat aşkar edilərək götürülüb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























