Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

II Qarabağ müharibəsindən sonrakı mina qurbanlarının sayı açıqlandı

Tarix: 25-08-2024 15:26     Baxış: 392 A- / A+
II Qarabağ müharibəsindən sonrakı mina qurbanlarının sayı açıqlandı
İkinci Qarabağ müharibəsindən bu günədək 370-dən çox insan mina qurbanına çevrilib.

Manevr.az xəbər verir ki, bu fikir Azərbaycan Respublikası Ombudsmanı Səbinə Əliyevanın Füzulinin Zərgər kəndində baş vermiş hərbi sursat partlayışına etirazında yer alıb.
S.Əliyeva vurğulayıb ki, Ermənistanın mina terroru mülki şəxslərin və hərbi qulluqçuların həyat və sağlamlığına təhlükə yaratmaqda davam edir: "Belə ki, işğaldan azad edilmiş Füzuli rayonunun Zərgər kəndi ərazisində cari il 24 avqust tarixində sursat partlayışı nəticəsində bir mülki şəxs yaralanıb.

Bir daha qeyd edirik ki, ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələrinin ölkəmizə təqdim olunmaması insanların həyat və sağlamlığına təhlükə yaratmaqla yanaşı, keçmiş məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz qayıdışına, sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin olunmasına, bölgədə aparılan bərpa-quruculuq işlərinə ciddi maneə törədir. Həmçinin həmin minaların partlaması regionda ekoloji tarazlığın pozulması və ekoloji böhranın yaranması ilə nəticələnir.

Ermənistanın mina terroruna beynəlxalq ictimaiyyətin səssiz qalması günahsız insanların həyat və sağlamlığına qəsd etməklə bərabər, fundamental insan hüquq və azadlıqlarının pozulmasına səbəb olmaqdadır”.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar