Sizin Reklam Burada
Xəbər lenti
27-09-2025
12:56
 
26-09-2025
25-09-2025
BÜTÜN XƏBƏRLƏR

Xankəndidə yeni seçki məntəqəsi yaradıldı

Tarix: 12-08-2024 19:53     Baxış: 3207 A- / A+
Xankəndidə yeni seçki məntəqəsi yaradıldı

“122 saylı Xankəndi seçki dairəsinin 15 saylı seçki məntəqəsi yeni yaradılıb. Seçki Məntəqəsi Kərkicahan qəsəbəsində yerləşir”.
 
Manevr.az xəbər verir ki, bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 122 saylı Xankəndi Seçki Dairəsinin 15 saylı Məntəqə Seçki Komissiyasının sədri Qəzənfər Əliyev deyib.

O bildirib ki, seçki məntəqəsi bütün lazımi avadanlıqlarla təchiz olunub. Seçicilərin rahat səs verməsi üçün bütün şərait yaradılıb. Dairə Seçki Komissiyası ilə mütəmadi əlaqə saxlanılır.
 
“Seçki Məntəqəmiz Xankəndi şəhərinin bir hissəsini və Kərkicahan qəsəbəsini əhatə edir. Məntəqə Seçki Komissiyası üzvlərinin treninqlərdə iştirakı təmin olunur. Seçici siyahısı ilə bağlı son dəqiqləşmələr aparılır. Təbii ki, bizim məntəqə yeni yaradıldığı üçün və işğaldan azad edilmiş ərazidə yerləşdiyi üçün məsuliyyətimiz ikiqatdır. Eyni zamanda qürurvericidir ki, 30 ildən artıq müddətdən sonra azad edilmiş Xankəndidə Azərbaycanın Milli Məclisinə seçkilər baş tutur”, - deyə Q.Əliyev əlavə edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar