Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Laçında müntəzəm marşrut xətləri açıldı - Şəkil

Tarix: 06-05-2024 20:15     Baxış: 3178 A- / A+
Laçında müntəzəm marşrut xətləri açıldı - FOTO

Bu gündən Laçın şəhəri - Zabux kəndi və Laçın şəhəri - Qarıkaha kəndi - ”Zerti” Aqro-Sənaye Parkı müntəzəm marşrut xətləri sakinlərin istifadəsinə verilib.
 
Manevr.az xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev deyib.
 
O bildirib ki, marşrutlar arasında interval əhalinin sayına uyğun olaraq müəyyən ediləcək: “Avtobuslar laçınlı sahibkar tərəfindən hər hansı bir gəlir gözlənilmədən hər gün xəttə buraxılacaq və intensiv işləyəcək. Nəzərdə tutulan istiqamət üzrə yolun uzunluğu təxminən 40 kilometrə qədərdir”.
 
“Gələcəkdə “Yaşıl enerji zonası” elan olunan Laçın rayonunda zamanın çağırışlarına çevik cavab verən elektrikli nəqliyyat vasitələrinin də istifadəyə verilməsi gözlənilir”, - deyə Hüseyn Quliyev əlavə edib.
 
Qeyd edək ki, indiyədək Laçın şəhərində 493 ailənin, yəni 1838 nəfərin, Zabux kəndində 217 ailə, 823 nəfərin daimi məskunlaşması təmin olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar