Xəbər lenti
1 il ötdü - Ermənistanın uğursuz "blokada" şousu, Azərbaycanın qətiyyətli addımı
Bugün ərazi bütövlüyümüzün tam təmin olunmasında 44 günlük müharibənin rolu danılmaz olsa da, ondan sonrakı proseslərin də rolu böyükdür. Məhz, ötən ilin bu günündə Laçında sərhəd-keçid məntəqəsinin açılması bu kimi önəmli addımlardan biri idi. Bu məntəqənin açılması ilə böyük təxribatların qarşısı alınıb.
Ermənistan bu yoldan hərbi məqsədlər üçün istifadə edib. Onlar 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarına zidd olmasına baxmayaraq bu yol vasitəsi ilə Azərbaycan ərazilərindəki separatçılara silah-sursat göndərib. Azərbaycan Laçında Ermənistanla sərhəddə buraxılış məntəqəsini qurmaqla bizə məxsus ərazilərdə qalan qanunsuz erməni silahlı birləşmələrinin silahla təchizatını müəyyən qədər məhdudlaşdırıb.
Azərbaycanın bu addımına görə ölkəmizə xeyli təzyiqlər olub. Ermənilər bunu "blokada" kimi dünyaya car çəkiblər. Özləri qaydaları pozsalar da, Azərbaycanı haqsız tərəf kimi göstərməyə çalışıblar. Lakin, beynəlxalq hüquq normalarına tam uyğun olan bu məntəqə ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addım idi. Eləcə də, bu məntəqənin ərazilərimizin qanunsuz erməni silahlılarından təmizlənməsi prosesinin başlanmasında böyük rolu olub.
Ermənistan, separatçı qüvvələr, Ermənistanı himayə edən dairələr "Laçın" məntəqəsinin qanunsuz olması ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib, dünya ictimaiyyətini çaşdıran məlumatlar yayıblar. Əsasız olaraq rəsmi Bakının Qarabağda yaşayan erməniləri "humanitar böhran" vəziyyətinə saldığını, Xankəndidə və ətraf ərazilərdəki ermənilərin "acından öldükləri" ilə bağlı informasiyaları tirajlamaqla beynəlxalq təşkilatları Azərbaycana təzyiq göstərməyə çağırıblar. Amma bu cəhdlər də bir fayda verməyib.
Azərbaycanın bu addımına görə ölkəmizə xeyli təzyiqlər olub. Ermənilər bunu "blokada" kimi dünyaya car çəkiblər. Özləri qaydaları pozsalar da, Azərbaycanı haqsız tərəf kimi göstərməyə çalışıblar. Lakin, beynəlxalq hüquq normalarına tam uyğun olan bu məntəqə ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addım idi. Eləcə də, bu məntəqənin ərazilərimizin qanunsuz erməni silahlılarından təmizlənməsi prosesinin başlanmasında böyük rolu olub.
Ölkə başçımız çıxışı zamanı Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin yaradılmasını güclü siyasi iradəmizin göstəricisi olduğunu bildirib. Ötən il iyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı söyləyib ki, əgər son iki il yarım ərzində baş vermiş hadisələr təhlil olunarsa, hər kəs görə bilər ki, hər bir addımımızın arxasında güclü siyasi iradə, güc, məntiq, beynəlxalq hüquq dayanıb və hər növbəti addım əvvəlki addımın məntiqi davamıdır.milli.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar