Xəbər lenti
Ermənistan bu ölkələrin dəstəyi ilə Azərbaycanla müharibəyə hazırlaşır - Xaçatryandan ŞOK ETİRAF
Bu gün Ermənistanın təkcə Hindistan və Fransa ilə deyil, həm də hərbi-texniki sahədə ciddi irəliləyişlər əldə etmiş digər dövlətlərlə hərbi-texniki əməkdaşlıq və silahların alınması ilə bağlı çox ciddi razılaşmaları var.
Manevr.az xəbər verir ki, bunu “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində hakim “Mülki müqavilə” partiyasından olan deputat, parlamentin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının sədr müavini Armen Xaçatryan deyib.
Eyni zamanda, o, mötərizələri açmayıb və vurğulayıb ki, müharibədən sonra vəziyyət kifayət qədər mürəkkəb olsa da, silahların əldə edilməsi və hərbi-texniki əməkdaşlıq sahəsində boşluq yarandı, lakin bu məsələ təəccüblü dərəcədə qısa müddətdə həll edildi.
“Hər halda, bu gün bizim Hindistan və Fransa ilə hərbi-texniki əməkdaşlıq və silahların əldə edilməsi ilə bağlı ciddi razılaşmalarımız var. Amma demək lazımdır ki, bizim fövqəldövlət olan və hərbi-texniki sahədə ciddi irəliləyiş əldə etmiş dövlətlərlə də müqavilələrimiz var. Əlbəttə, biz bu barədə danışmayacağıq, amma deyəcəyik ki, bu, təkcə Fransa və Hindistan deyil”, - deyən Xaçatryan qeyd edib ki, “son bir-iki il ərzində daha böyük həcmdə iş aparılıb və nəticələrini yaxın gələcəkdə görəcəyik”.
Onun sözlərinə görə, Ermənistanın Rusiya ilə hərbi-texniki əməkdaşlığa dair ciddi razılaşmaları var və Rusiya Federasiyasının qismən yerinə yetirdiyi, lakin hələ də yerinə yetirməli olduğu öhdəliklər də var.
“Biz ultra müasir sayıla bilən, ən azı dördüncü və beşinci nəsil silahlar alırıq. Biz istifadə edilmiş silahları almayacağıq. Yəni müasir müharibələrin taktikasını öyrənməklə həm də ciddi təhlilimiz var və 44 günlük müharibənin acı təcrübəsindən artıq bilirik ki, hansı silahlara ehtiyac var. Biz isə təbii ki, bu silahlara malik olan və onları bizə satmağa hazır olan ölkələrlə əməkdaşlıq edirik”, - deyə deputat yekunlaşdırıb.publika.az
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar