Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Şuşaya avtomobillərin girişi qadağan olunacaq - Ekspert

Tarix: 31-12-2023 22:08     Baxış: 3205 A- / A+


   
Şuşaya dəmiryol xəttinin çəkilməsi hələ ki, planda yoxdur.
Manevr.az xəbər verir ki, bu sözləri nəqliyyat eksperti Elməddin Muradlı Globalinfo.az-a açıqlamasında deyib.
O, dəmir yolu xətti ilə bağlı kiçik araşdırma apardığını bildirib:
“Bu, gələcəkdə reallaşdırıla bilər. Bir çox ölkədə turistik bölgələrə dəmiryol xətləri çəkirlər. Burada əsas hədəf odur ki, insanlar dəmir yolu ilə bilet alırlar, səyahət edirlər, o gözəl yerləri görürlər, təbiəti seyr edirlər və rahat şəkildə mənzil başına çatırlar, istirahətlərini edirlər. Qatar səfərləri adətən mənzərəli yerlərə ona görə istiqamətləndirilir ki, turizm baxımından effekt versin. Daha sərnişin oturub fikirləşməsin ki, buradan Qəbələyə avtomobillə tez çataram və ya 10 manat irəli düşərəm. Sərnişin düşünür ki, dəmir yolu ilə gedəcək, söhbət edəcək, kitab oxuyacaq, işıqlı havada da təbiəti seyr edəcək. Bir sözlə, özünə, zövqünə uyğun bir planı olur. Dəmir yolunun üstünlüyü odur ki, həm də ətraf mühiti qoruyuruq”.
E.Muradlı deyib ki, planda Xankəndiyə qədər dəmir yolu xəttinin çəkilməsi var:
“Artıq bununla bağlı işlər gedir. Ağdam istiqamətində dəmir yolu xeyli inkişaf etdirilib, üzü Xankəndiyə də istiqamət götürülüb. Antiterror əməliyyatlarından sonra artıq yolumuz açıqdır, hər tərəf doğma yurdumuzdur, istədiyimiz işləri də orada rahat görə bilirik.
Çox güman ki, Azərbaycan Dəmir Yolları 2024-cü və növbəti illərdə bizi sevindirəcək, qərarlar veriləcək, işlər icra ediləcək. Bu işlərin daha sürətli şəkildə görüləcəyini ümid edirik. Çünki o istiqamətlərdə vaxtı ilə dəmiryol xətti olub, indi də onların bərpasına ehtiyac var. Bunun özü həmin istiqamətdə yaşayan insanların rahat və təhlükəsiz hərəkətini təmin edəcək. Eyni zamanda orada quruculuq, abadlıq işlərində yüklərin daşınması daha təhlükəsiz və yol infrastrukturuna ziyan vurmadan çatdırılacaq. Bunun əhəmiyyəti çox böyükdür və dediyim kimi, gələcəkdə orada yaşayış tam bərpa olunandan sonra da turistlər üçün çox sərfəli olacaq”.
Ekspert gələcəkdə Şuşa istiqamətində avtomobillərin hərəkətinin ümumiyyətlə məhdudlaşdırılacağını deyib:
“Planda Şuşaya hər hansı bir avtomobillə getmək yoxdur. Yalnız elektrik avtomobilləri ilə gedilə biləcək. Ona görə də biz rahat şəkildə Xankəndiyə qədər qatarla səyahət edib, oradan da Şuşaya müxtəlif marşrutlarla qalxa biləcəyik. Bu, çox gözəl bir marşrut olacaq və hər birimiz də bundan yəqin ki, sevərək istifadə edəcəyik”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar