Sizin Reklam Burada
Xəbər lenti
17-09-2026
16-09-2026
BÜTÜN XƏBƏRLƏR

Ermənistan kəşfiyyatından Qarabağla bağlı inanılmaz ADDIM

Tarix: 28-12-2023 09:13     Baxış: 4420 A- / A+
Ermənistan xüsusi xidmət orqanları qondarma “artsax” ideyasını dəstəkləyənlərin “ovuna” başlayıb.

Manevr.az publika.az-a istinadən xəbər verir ki, separatçı rejimin ləğv edilməsi haqda qərarı qəbul etməyən, bu qərarın ləğvini tələb edənlərin Ermənistan Milli Təhlükəsizlik Xidmətində dindirildiyi haqda məlumatlar yayılıb.

“Hraparak” nəşri iddia edir ki, dindirilməyə dəvət olunanlara təzyiqlər edilir, onlara qondarma “artsax”ın artıq mövcud olmadığı izah olunur.

“Milli Təhlükəsizlik Xidmətinə dəvət olunanlar arasında Artak Beqlaryan, Şahramanyanın keçmiş “müşaviri” Vladimir Qriqoryan, (qondarma) “parlamentin sədr müavini” Qaqik Baqunts və digərləri var”, - nəşr yazır.

Erməni KİV-lər separatçılara qarşı bu addımı Ermənistan tarixində bənzəri olmayan, inanılmaz hadisə kimi qiymətləndirir və buna görə Paşinyan hakimiyyətini ittiham edirlər.

Qeyd edək ki, Qarabağda anti-terror tədbirlərindən sonra separatçı rejim özünü buraxmaq haqda qərar qəbul edib. Lakin separatçılar İrəvana qaçdıqqdan sonra bu qərardan imtina etməyə çalışır. Ermənistan hakimiyyəti isə bu iddiaları ölkənin təhlükəsizliyinə təhdid olaraq qəbul edir.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar