Xəbər lenti
Xankəndidəki futbol matçı həm Ermənistana, həm də onun havadarlarına ciddi mesaj idi-ŞƏRH
Bir neçə gün əvvəl Xankəndi stadionunda Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və azərbaycanlı azarkeşlərin iştirakı ilə futbol üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında keçirilən oyun bir daha təsdiqlədi ki, Azərbaycanın ərazi bütövlüyü tam təmin olunub. Bir vaxtlar separatizmin yuvasına çevrilmiş Qarabağ, xüsusilə Xankəndi bu gün öz doğma sakinlərinin-azərbaycanlıların ixtiyarındadır. Bu oyunun məhz Xankəndidə keçirilməsi həm Ermənistana, həm də onun havadarlarına ciddi mesaj idi. Otuz iki ildən sonra ilk dəfə olaraq Xankəndi stadionunda keçirilmiş oyun dünya ictimaiyyətinə bir daha nümayiş etdirdi ki, Qarabağ Azərbaycandır! Bu möcüzəni, bu reallığı Azərbaycan xalqına Prezident İlham Əliyev bəxş etdi. Onun ölkəyə rəhbərlik etdiyi 20 il ərzində Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşuldu, işğal altında olan torpaqlarımız azad edildi və ərazi bütövlüyümüz təmin olundu.
Manevr.az bildirir ki, bu fikirləri AZƏRTAC-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
O deyib ki, bu gün Qarabağda – işğaldan azad edilmiş bütün ərazilərimizdə Azərbaycan Bayrağının dalğalandığını, Şuşada beynəlxalq tədbirlərin keçirildiyini görəndə, Suqovuşanda beynəlxalq idman yarışının və Xankəndidə futbol matçının sədalarını eşidəndə Prezident İlham Əliyevin 2003-cü ildə keçirilmiş andiçmə mərasimində verdiyi vədlər gözlərim önündə canlanır: “O vaxt Prezident kimi and içəndə demişdi ki, torpaqlarımızı işğaldan azad edəcəyik, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, məcburi köçkün soydaşlarımız doğma ocaqlarına qayıdacaqlar. Bu vədin üstündən 20 il keçməmiş sanki möcüzə baş verdi. Prezident İlham Əliyevin məntiqli, düşünülmüş siyasəti, qətiyyəti və polad iradəsi sayəsində torpaqlarımız işğaldan azad edildi, keçmiş məcburi köçkün soydaşlarımız böyük coşqu ilə dədə-baba yurdlarına, isti ocaqlarına qayıdırlar. Dövlətimizin başçısı çıxışlarında da qarşıya qoyduğu vəzifələrin yerinə yetirildiyini deyib: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”.
Ç.Qənizadə son 20 ildə həyata keçirilən işlərdən söhbət açaraq deyib ki, bu illər ərzində təhsilin inkişafında əsaslı dönüş yaradılıb. Diplomatiya, kənd təsərrüfatı, idman, mədəniyyət, səhiyyə, iqtisadiyyat, hərbi sahələrdəki misilsiz uğurlar beynəlxalq aləmdə də yüksək dəyərləndirilir. Ulu Öndər Heydər Əliyevin 2003-cü il oktyabrın 1-də xalqa müraciətindəki hər bir söz, hər bir cümlə bu gün özünü bütün sahələrdə göstərir. Həmin müraciətdəki bəzi məqamları xatırlatmaq yerinə düşərdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”;
Prezident İlham Əliyevin fəaliyyətini müasir şəraitdə rasional idarəçilik nümunəsi adlandıran hüquq müdafiəçisi əlavə edib: “O, Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi. Dövlətimizin başçısı öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi. Eyni zamanda, humanizm ideyalarına və milli dəyərlərə söykənən siyasət memarı kimi də tanındı. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı. Son 20 ildə ölkənin sosial-iqtisadi sahədə əldə etdiyi uğurları saymaqla qurtarmaq mümkün deyil”.
Komitə sədri bildirib ki, Prezident İlham Əliyevin dövlət siyasəti milli həmrəylik mühitinin toxunulmazlığını təmin edir: “Dövlətimizin başçısının “Biz birlikdə güclüyük” şüarı xalqın qalib ruhunun güzgüsüdür. İqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə rəğmən dövlət başçısı xalqa arxalanaraq Azərbaycanı daim inkişafa doğru aparıb: “Xalqımız bu tərəqqinin 2020-ci ilin Vətən müharibəsində və 3 il sonra Qarabağda aparılan antiterror tədbirləri zamanı da şahid oldu. Cəmi 44 gün davam edən Vətən müharibəsində tarixi Qələbə qazandıqdan 3 il sonra Qarabağda aparılan bir günlük antiterror tədbirində Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu. Hazırda Qarabağda sürətlə həyata keçirilən yenidənqurma, tikinti-bərpa və abadlıq işləri dünya ictimaiyyətinin diqqətini bu əraziyə yönəldib. Tezliklə Qarabağ dünyanın turizm mərkəzinə çevriləcək”.
Ç.Qənizadə gələn il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə də münasibət bildirərək deyib ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Prezident İlham Əliyev öz adını tariximizə qızıl hərflərlə yazdırıb. Bu uğurlardan sonra seçicilər alternativi olmayan, sözü və əməli bir olan Prezident İlham Əliyevə səs verərək ona yenidən etimad göstərəcək, inanacaq və güvənəcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar