Xəbər lenti
Xankəndidəki oyuna ermənilər də baxmalıdır!
Sabah, dekabrın 21-də Azərbaycan kuboku çərçivəsində “Qarabağ” - MOİK oyunu baş tutacaq. Oyun Xankəndi stadionunda olacaq.
Bu, işğaldan azad olunduqdan sonra Xankəndidə keçiriləcək ilk futbol qarşılaşması olacaq. Oyun üçün hazırlıq işləri tam yekunlaşıb.
Məlumdur ki, Qarabağda bir sıra ermənilər qalıb.
Onların da oyuna baxması mümkündürmü?
“Nəzərə almalıyıq ki, "Qarabağ"-MOİK oyunun Xankəndidə keçirilməsinin siyasi və mənəvi əhəmiyyəti var. Bu onu göstyərir ki, Azərbaycan öz mövqeyində prinsipial və qətidir. Dövlətimiz bu siyasəti sonadək davam etdirəcək. Oyunda ermənilərin iştirakına gəlincə onlar da bizim vətəndaşlarımızdır. Biz onlara öz vətəndaşımız kimi baxırıq. Hesab edirəm ki, onlar gedib bu oyuna baxa bilərlər. Əslində baxmalıdırlar. Bu, onların həm də haqqıdır. Onlar da artıq anlamılıdırlar ki, Azərbaycan vətəndaşıdırlar. Azərbaycan vətəndaşı kimi də bu məslələrə yanaşmalıdırlar. Biz də reinteqrasiya məsələsinin sona kimi getməsinə çalışmalıyıq ki,qarşımıza qoyduğumuz, müəyyənləşdirdiyimiz hədəf və məqsədlərə ən qısa vaxtda çataq".
Xocalıdan olan deputat Elman Məmmədov ermənilər Xankəndidə keçiriləcək oyuna baxmaq hüquqları olduğunu söyləyib:
"Xankəndidə qalan ermənilər Azərbaycan vətəndaşı kimi yaşamağı qəbul ediblər. Azərbaycan çoxmillətli respublikadır. Bunu cənab prezident dəfələrlə bildirib. Beləliklə, Azərbaycanda dinindən, irqindən, etnik tərkibindən asılı olmayaraq, hamının hüquqları bərabər şəkildə qorunur və təmin olunur. Onlar Xankəndidə yaşayarlarsa, deməli, qanunlara tabedirlər. Onların Qarabağda keçirilən tədbirlərdə iştirakı, eləcə də futbol oyununa baxmaq hüququ var. Normal həyat yaşamaları təbiidir".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar