Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bakı niyə 32 əsiri verməyə razı oldu? – Qriqoryan

Tarix: 10-12-2023 10:06     Baxış: 3275 A- / A+

Ermənistanla Azərbaycan arasında aparılan bu danışıqlarda heç bir vasitəçi iştirak etməyib.

Manevr.az
axar.az-a istinadən bildirir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyanın efirində əsirlərin mübadiləsi haqda danışarkən deyib.
Armen Qriqoryan Azərbaycanın niyə 32 əsiri 2 hərbi qulluqçuya dəyişməyə razı olmasına bu cür aydınlıq gətirib:

"Bu, danışıqların və razılaşmanın nəticəsidir. Bilirsiniz ki, iqlim dəyişikliyi ilə bağlı konfrans keçirilir və Azərbaycan bu tədbiri özü üçün vacib hesab edir. İrəvan da öz növbəsində bu konfransı Ermənistanda təşkil etmək üçün ərizə vermişdi, lakin danışıqlar davam etdiyindən və Azərbaycan böyük maraq göstərdiyindən Ermənistan güzəştə getməyə razı oldu və Azərbaycanın namizədliyini dəstəklədi. Və bununla da biz razılığa gəldik".
Qriqoryan bildirib ki, bu, humanitar, eyni zamanda sülh sazişi istiqamətində növbəti müsbət addımdır:
"Bu, (əsirlərin dəyişdirilməsi - red.) ilk növbədə humanitar xarakter daşıyır, lakin bu, həm də razılığın əldə olunmasının mümkünlüyünü göstərdi və hesab edirik ki, sülh sazişinin imzalanması istiqamətində çox müsbət, mühüm addım oldu. Gündəliyimizdə sülh sazişi var, təbii ki, dekabr bir az çətin görünür, lakin biz dekabrın sonuna qədər sülh sazişi imzalamağa hazırıq".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar