Xəbər lenti
Sabiq baş nazirdən şok iddia: Zəngəzur bu tarixdə Azərbaycana qaytarılacaq

Manevr.az publika.az-a istinadən xəbər verir ki, bu iddia ilə Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan çıxış edib.
Baqratyan iddia edir ki, Zəngəzuru Azərbaycana Nikol Paşinyan təhvil verəcək.
“Paşinyan yeni seçki keçirmək niyyətindədir. Seçkidən sonra deyəcək ki, xalq məni seçib və istəyirlər ki, Süniki (Zəngəzur-red) təhvil verək. Qarabağ məsələsini Rusiyanın üzərinə yıxdığı kimi, Sünik məsələsini də seçicilərin üzərinə yıxacaq”, - Baqratyan bildirib.
Zəngəzur məsələsi Ermənistanın daxili siyasi seqmentində qarşılıqlı ittiham mövzularından birinə çevrilib. Baqratyanın fikirləri də Paşinyanı tənqid etmək məqsədi daşıyır. Hərçənd, burada tarixi torpaqlarımız olan Zəngəzurun azad edilməsi perspektivinin erməniləri qorxuya saldığı da aydın görünür.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar