Xəbər lenti
Xankəndidə ilə bağlı daha bir yenilik - Hazırlıq gedir
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Xankəndi şəhərində "AzStateNet” şəbəkəsinin qurulmasına hazırlıq görür.
Manevr.az xəbər verir ki, bunu Dövlət Xidmətinin rəisi, İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının sədri İlqar Musayev Milli Məclisin jurnalına verdiyi müsahibədə bildirib.
"Bu il sentyabrın 19-20-də Qarabağdakı separatçı rejimə qarşı keçirilmiş antiterror əməliyyatları zamanı Dövlət Xidməti Xankəndidə, Ağdərə və Xocalı rayonlarında dövlət qurumlarının etibarlı idarə olunması və məlumat mübadiləsinin təşkili məqsədi ilə operativ olaraq TETRA radiorabitə şəbəkəsi qurlaraq istifadəyə verib. İndi isə həmin bölgədə "AzStateNet” şəbəkəsinin qurulmasına hazırlıq gedir", - deyə o qeyd edib.
"İstər pandemiya dövründə, istərsə də bu gün ali dövlət qurumlarının videokonfrans formatlı görüşləri, qəbulları yüksək səviyyədə təşkil olunur. Ölkəmizdə keçirilən bir sıra dövlət əhəmiyyətli tədbirlərlə (Qoşulmama Hərəkatı, "TEKNOFEST Azərbaycan” festivalı, Bakı Marafonu, Qlobal Forum, Velosiped üzrə ölkə çempionatı, Gənclər və İdman Nazirliyinin Şuşada təşkil etdiyi "Wonderland” tədbiri, "Formula-1” yarışları) əlaqədar yaradılmış qərargahları zəruri texniki vasitələrlə təmin etmişik. Göstərilənləri nəzərə alaraq qeyd etmək istərdim ki, dövlət qurumlarına və strateji obyektlərə keyfiyyətli xüsusi rabitə xidmətlərinin təşkili və göstərilməsi, eləcə də onların təhlükəsizliyinin təmin edilməsi Xidmətin əsas vəzifələrindən biridir”, - deyə İ.Musayev əlavə edib."Report”
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar