Xəbər lenti
Laçında “Azconnexus” peyk internet platforması quraşdırıldı

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) Laçın rayonunda “Azconnexus” platforması üzərindən internet xidmətlərini təmin etmək məqsədilə ilk KA diapazonlu anten quraşdırıb.
Manevr.az xəbər verir ki, bununla bağlı Nazirlik məlumat yayıb.
Məlumata görə, məqsəd dağlıq relyefə malik olan Laçın rayonu ərazisində “Azconnexus” peyk interneti sayəsində müasir rəqəmsal xidmətlərə əlçatanlığı təmin etmək və telekommunikasiya sahəsini inkişaf etdirməkdir.
Ənənəvi peyk tezlik diapazonlarından daha yüksək ötürmə qabiliyyətinə malik olan KA diapazonu çox kiçik ölçülü antenlər üçün əlverişli əhatə dairəsi yaradır. Bu da internet xidməti provayderləri və telekommunikasiya operatorlarına ucqar və dağlıq ərazilərdə öz şəbəkələrini genişləndirməyə imkan verəcək.
2021-ci ildən fəaliyyətdə olan “Azconnexus” platforması fasiləsiz, təhlükəsiz, yüksəksürətli, keyfiyyətli internet xidməti təqdim edir. “Azconnexus” peyk interneti dövlət müəssisələrində, dənizdə, quruda, dəmir yollarında və digər nəqliyyat xətlərində, ucqar ərazilərdəki iş və məlumat mərkəzlərində, yəni kifayət qədər internet əhatəsi olmayan ərazilərdəki istifadəçilər üçün əlçatandır. Bu platforma istifadəçilərə peyk interneti vasitəsilə video, audio və data daxil olmaqla müxtəlif trafik növləri təqdim edir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar