Xəbər lenti
“Ermənilər ayıldılar ki, “Yaşma” Şuşanı götürüb” - VİDEO

Budəfəki buraxılışda Vətən müharibəsi iştirakçısı Rizvan Məmmədov keçdiyi döyüş yolundan danışıb. Cəbhəyə könüllü olaraq yollanan müharibə veteranı Füzuli, Qubadlı və Şuşa döyüşlərində iştirak etdiyini qeyd edib.
R.Məmmədov Qubadlı döyüşlərində ermənilərlə üz-üzə vuruşduqlarını bildirib:
“Haradasa aramızda 120-130 metr məsafə var idi. Onlarla səhərə kimi döyüşdük. Səhər açıldıqda maşınlar gəldi, ermənilər məcburiyyətdən maşınlara minib qaçmağa başladılar”.
R.Məmmədov Şuşa döyüşlərindən də bəhs edib:
“Daşaltıda bizim sağ istiqamətimizdə “Yaşma” vuruşurdu. Biz erməniləri qəsdən öz üzərimizə çəkdik. Onlar elə bildilər ki, biz “Yaşma”danıq. Ermənilər üstümüzə gələndə gördülər ki, artıq Şuşa şəhəri “Yaşma” tərəfindən götürülüb”.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar