Xəbər lenti
Füzuliyə daha 122 ailə köçürüləcək
Bu barədə Manevr.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Dövlət Komitəsində Füzuli şəhərinə növbəti mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad ermiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin, Milli Məclisin deputatları, ərazisi işğaldan azad olunmuş rayonların icra hakimiyyətlərinin rəsmiləri, Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri, QHT nümayəndələri iştirak ediblər.
Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bildirib ki, hazırda Azərbaycan dövlətinin qarşısında işğaldan azad edilmiş ərazilərin bərpası, davamlı inkişafı və məcburi köçkünlərin doğma yurda qayıdışının təmin edilməsi kimi şərəfli vəzifə durur. Diqqətə çatdılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində qaçqınlara və məcburi köçkünlərə dəstək və qayğı xüsusi yer tutur, Birinci vitse-prezident Mehriban Əliyeva onların yaşayış şəraitinin yaxşılaşdırılmasını, təhsil, sağlamlıq, mədəni inkişaf məsələlərinin həllini daim diqqətdə saxlayır.
Böyük Qayıdış üzrə I Dövlət Proqramı çərçivəsində Füzulidə tikilən yaşayış məhəllələrinə, növbəti mərhələdə, 122 ailə (461) nəfər köçürüləcəyini vurğulayan sədr müavini bununla da, şəhərdə 380 ailənin (1389 nəfər) daimi məskunlaşacağını diqqətə çatdırıb.
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Füzulidə məcburi köçkünlərin rahat və təhlükəsiz yaşayışının təmin edilməsi üçün zəruri infrastruktur yaradılıb. Qeyd edilib ki, məcburi köçkün ailələrin nümayəndələri püşkatma vasitəsilə onlara verilən evlərin dəqiq ünvanını müəyyənləşdirirlər.
BMTİP-nin Azərbaycandakı Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo insanların qayıdışa hazırlanmacını, nəsillər arasında bağ yaradılmasını yüksək qiymətləndirib. Qeyd edib ki, Azərbaycan məcburi köçkünlərin geri qayıdışı təcrübəsi ilə bağlı dünyaya nümunə yaradır.
Tezliklə daimi yaşayış üçün Füzuli şəhərinə qayıdacaq keçmiş məcburi köçkünlər çox böyük sevinc hissi keçirdiklərini qeyd ediblər. Onlar işğaldan azad olunmuş ərazilərdə yaradılan şəraitə və məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Püşkatmada iştirak edən ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar. Ailə tərkibinə uyğun olaraq, onlardan 47-i ikiotaqlı, 58-i üçotaqlı, 17-i dördotaqlı mənzil ilə təmin olunub.
Püşkatmada iştirak etmiş ailələr yaxın günlərdə Füzuli şəhərinə yola salınacaqlar.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar