Xəbər lenti
Şəhid “Komando” Nicat

Nicat kəndimizin iyirminci şəhididir. 15 şəhid Birinci Qarabağ Müharibəsində vermişdik, 5 şəhid də Vətən Müharibəsindən bəri vermişik. Nicat isə Azərbaycanın ərazi bütövlüyünün bərpası zamanı canını fəda etdi, gənc yaşlarında doğma torpağımıza sözün həqiqi mənasında can qoydu. 30 ildə canını fəda etmiş bütün şəhidlərimizin əsas missiyasını tamamladı. O, şəhidlik zirvəsini fəth etdi, vətən isə bütövlük zirvəsini. Gəncəcik ömrü ilə millətimizə şərəf, düşmənə döyüş dərsi keçdi. Nicatın atası da, anası da bizim kəndçimizdir. Qasımlı Nicat Elşən oğlu 13 avqust 2023- cü ildə Tovuz rayonunun Dondarquşçu kəndində dünyaya göz açmışdı. Bakıda böyümüş və təhsil almışdı. 2009-cu ildə Sabunçu rayon 311 saylı məktəbə getmiş, 2018-ci ildə məktəbi bitirmişdir. Elə həmin il Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinə qəbul olmuşdur. 2022-ci ildə kolleci bitirmişdir. 1 iyul 2022-ci ildə hərbi xidmətə çağırılmış və vətənə xidmətə yollanmışdır. Gəncə, Qusar və Goranboy rayonlarda hərbi xiddət keçmişdir. Bütün növ döyüş tapşırıqlarının icrasını hər an yerinə yetirməyə hazır hərbi qruplardan olan “Komando” hərbi hissələrində xidmət edirdi. 19 sentyabr 2023-cü il tarixində Qarabağ ərazisində aparılan lokal antiterror tədbirlərində qəhrəmancasına döyüşmüşdür. Ağdam və Ağdərə uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Doğma kəndi Dondarquşçuda torpağa tapşırılmışdır. Cəmi 20 yaşında Azərbaycanın 30 illik ağrılarına son qoydu Nicat. O və onun kimi gənclərimiz canından keçdi, Vətənimiz isə öz ərazi bütövlüyünə qovuşdu.
Gülnar Səma







Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar