Xəbər lenti
Son aparılan antiterror tədbirləri münaqişəyə öz nidasını qoydu!
Bildiyimiz kimi bu gün 10 noyabr üçtərəfli bəyanatın imzalanmasından 3 il ötür.
Beləliklə, Azərbaycanın tam qələbəsi ilə yekunlaşan 44 günlük müharibənin məntiqi sonluğu kimi Ermənistan tərəfindən uzun illər davam edən işğala son qoyuldu.
Bu barədə Manevr.az-a danışan Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib ki, bu qələbə ərazi bütövlüyümüzü təmin etməklə yanaşı, həm də bütün dünyaya xalqımızın birliyini nümayiş etdirdi: "Vətən müharibəsində ölkəmizdə yaşayan bütün millətlər həmrəylik göstərərək qalibiyyəti təmin etdi. Təbii ki, bu qələbədə qardaş Türkiyənin də mənəvi dəstəyi mühüm rol oynadı. İki qardaş ölkə arasında sarıslmaz qardaşlıq münasibətləri digər məkrli dövlətlərin münaqişəyə müdaxiləsinin qarşısını aldı. Azərbaycan öz suverenliyini tam şəkildə bərpa etməsi ilə uzun müddət blokadada qalan Naxçıvanla nəqliyyat kommunikasiya əlaqələrinin bərpasını labüd edib. İmzalanmış bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşməsi tarixi hadisə olacaqdır. 30 il müddətində bölgədə qara yara olan və Ermənistan tərəfindən aparılan işğalçı siyasət fiaskoya uğradı. “Böyük Ermənistan” xülyaları puç oldu. Bununla da onlar tərəfindən irəli atılan status məsələsi tarixin zibilliyinə atıldı. Bəyanatdan sonrakı dövrdə möhtərəm Prezident İlham Əliyev tərəfindən aparılan fenomenal siyasət Ağdam, Laçın, Kəlbəcər rayonlarının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin qan tökülmədən qaytarılmasını reallaşdırdı. 2023-cü il sentyabr ayında aparılan antiterror tədbirləri bu münaqişəyə öz nidasını qoydu. Azərabycan suverenliyini tam bərpa etdi", M.Məmmədli vurğulayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar